adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Dekabr 2014 15:23
6374
DÜNYA
A- A+

Dünya bu qızdan danışır

Suriyalı Meram Susli adlı gənc bir qız dünyanı özündən danışdıra bilib. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Avstriyada yaşayan 27 yaşlı qız Suriya ilə bağlı siyasi vəziyyəti, hadisələri xəbər spikeri kimi youtube vasitəsilə yayımlayır. Əsasən tənqidi çıxışları ilə seçilən xanım, xüsusən də İŞİD-ə qarşı sərt təpkilər göstərir. ABŞ və İŞİD-ə nifrəti isə Bəşər Əsəd rejimini dağıtdıqları üçündür. Çoxları hətta bu qızı B.Əsədin qeyri-rəsmi sözçüsü də adlandırırlar.

2,5 milyon izləyicisi olan yeni fenomeni tənqid edənlər də çoxdur. Əksər izləyicilər hesab edirlər ki, başdan-ayağa plastik cərrahiyyənin bəhrəsi olan M.Susli yalnız özünü tanıntmaq üçün interneti seçib. Siyasətə baş qoşmağı isə daha diqqətçəkən hesab edib.

M.Suslinin son olaraq "Bizi kimyəvi silah xilas edəcək” deməsi onu izləyənlərin fikirlərində ikitirəlik yaradıb. Kiçik yaşlarında Suriyanı tərk etmiş gənc qız atdığı  bu addımı ana vətənində baş verənlərə seyirci qala bilməməsi ilə izah edib.

 "Siyasət məni həmişə maraqlandırıb. Uşaqlıqdan siyasi verilişləri, analizləri izləyirəm”, - deyən bloqqer ona edilən hədələrə baxmayaraq, virtual mübarizəsini davam etdirəcəyini bildirib.