adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Dekabr 2014 15:17
3550
GÜNDƏM
A- A+

Rusiyadakı böhran Azərbaycana necə təsir edəcək? - Açıqlama

"Azərbaycanın iqtisadi əlaqələri Avropa Birliyi ölkələri və Türkiyə ilə daha yüksəkdir. Ona görə də Rusiyadakı iqtisadi böhranın Azərbaycana mənfi təsiri olmayacaq”.



Adalet.az xəbər verir ki, bunu lent.az-a millət vəkili Asim Mollazadə Rusiyada rublun məzənnəsinin aşağı düşməsi nəticəsində yaranan iqtisadi böhranı şərh edərkən deyib. O, bildirib ki, Rusiya gələcəkdə xarici siyasətini daha da kəskinləşdirsə, bu böhran daha da dərinləşəcək: "Qonşularımız dünya ilə qarşıdurmaya getməsə, köklü dəyişiklik siyasəti olsa və öz daxilində diversifikasiya edə bilib ancaq enerji amili üzərində iqtisadiyyatını qurmasa, onların xilas olmaq şansı olacaq”.


Millət vəkili vurğulayıb ki, Rusiyada olan azərbaycanlılar böhran dönəmindən xilas ola bilərlər: "Çünki onları fəaliyyəti qida sektoruna, bazarlarla bağlıdır. Bu sahədə də təcrübələri var. Qeyd edim ki, bir neçə dəfə Rusiyada belə böhranlar olub, amma həmyerlilərimiz bundan uğurla çıxa biliblər”.