adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Dekabr 2014 15:15
4615
İDMAN
A- A+

İdman Araşdırmalar Mərkəzi ilin ən yaxşılarını seçir

İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibləri" layihəsini ardıcıl ikinci dəfə həyata keçirəcək. 

İlk layihə 2013-cü ilin sonlarında həyata keçirilib. 34 KİV-in qatıldığı sorğu kifayət qədər rezonans doğurub. Ötən il dekabrın 18-də "Qafqaz Baku City" otelində baş tutmuş mükafatlandırma mərasimində 7 nominasiya üzrə qaliblər mükafatlandırılıb. Onlara mükafatı idman ictimaiyyətinin tanınmış nümayəndələri təqdim ediblər. 

Mediada da geniş işıqlandırılmış layihədə bu dəfə bəzi dəyişikliklər edilib. 

Beləliklə, layihə bir neçə mərhələdən ibarət olacaq:

Birinci mərhələ - 2014-cü ilin yekunlarına əsasən, müxtəlif nominasiyalar üzrə aparıcı KİV-lərin idman jurnalistləri arasında sorğu aparılacaq. Ötənilki sorğudan fərqli olaraq, bu dəfə respondentlərə 7 deyil, 8 nominasiya üzrə qalibləri seçmək imkanı yaradılacaq: 

1. İilin idman xadimi; 
2. İlin yerli futbolçusu; 
2. İlin yerli idmançısı (digər növlər üzrə); 
4. İlin əcnəbi idmançısı (bütün növlər üzrə); 
5. İlin komandası (bütün kollektiv idman növləri üzrə);
6. İlin baş məşqçisi (bütün idman növləri üzrə); 
7. İlin idman jurnalisti;
8. İlin mətbuat katibi

Digər tərəfdən, nominasiyaları əksəriyyəti üzrə konkret namizədlər təklif olunacaq. Eyni zamanda, respondentlərə öz namizədini göstərmək imkanı yaradılacaq. Hər bir respondent bir nəfərə səs verə və ya öz namizədini göstərə bilər. Bu addım həmkarlarımızın seçim zamanı işini rahatlaşdırmaq məqsədilə atılıb. 
İkinci mərhələ - sorğu yekunlaşdıqdan sonra İdman Araşdırmalar Mərkəzinin Ekspert Komissiyası verilən səslərə əsasən, qalibləri müəyyənləşdirəcək. 
Üçüncü mərhələ - Qaliblər KİV-lərin və idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təşkil olunacaq tədbirdə qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.