adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Dekabr 2014 22:54
4206
DÜNYA
A- A+

Binyamin Avropanı ikiüzlülükdə suçladı

İsrail baş naziri Binyamin Netanyahu Avropanı ikiüzlülükdə ittiham edib.

Avropa Birliyinin Ədliyyə Məhkəməsinin HƏMAS-ı terror siyahısından çıxartmasına münasibət bildirən İsrail baş naziri bu qərardan çox narahat olduqlarını bildirib:

"Bu gün "Avropa ikiyüzlülüyününün" çox narahat edici bir nümunəsinə şahid olduq. İsrailin savaş cinayəti işlədiyi səbəbi ilə Cenevrədə iddia açılarkən, Lüksemburqda Avropa Məhkəməsi HƏMAS-ı terror təşkilatları siyahısından çıxardı. "Həmas" sayıla bilməyəcək qədər müharibə cinayəti və terror hərəkətləri təşkil edən "Həmas"ın eynisidir".

ABŞ-ın İsrailə qarşı dostluğunun Avropanın tutumu ilə zidd düşdüyünü bildirən Netanyahu qeyd edib ki, 6 milyon yəhudinin qətlə yetirildiyi Avropada hələ dərs çıxarmamış çox sayda adam var. Ancaq biz İsraildə bəzi şeyləri öyrəndik. Terror və ikiüzlülüyə qarşı xalqımızı və dövlətimizi qorumağa davam edəcəyik".