adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Dekabr 2014 22:52
3669
DÜNYA
A- A+

Ukraynaya 15 milyard lazımdır

Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə Ukrayanada vəziyyətin normallaşması üçün planlaşdırılan köməkdən əlavə daha 15 milyard dollar pul lazımdır.

BVF bu köməyin göstərilməsi üçün Avropa Birliyinin gücünün çatmayacağını deyir. Avropa Komissiyasının katibi Jan Klod Yunker bildirib ki, BVF Ukraynada kəsirin maliyələşməsi hesablamalarını bitirib. Ukraynaya planlaşdırılan vəsaitdən ayrı daha 15 milyard dollar lazım olacaq. 

Qeyd edək ki, bir müddət əvvəl Avropa Birliyi Ukraynaya 1,6 milyard avro kömək ayrılmasını razılaşdırmışdı. Ukraynada maliyyə vəziyyəti müzakirələrinə başçılıq edən İtaliya baş naziri Pyer Karlo Padoan bildirib ki, resursun ölkə boyu mobilləşdirilməsi üçün Ukraynanın islahatlar keçirməyə böyük səy göstərməsi lazımdır.