adalet.az header logo
  • Bakı 20°C
17 Dekabr 2014 22:48
1979
HADİSƏ
A- A+

Bakıda intihar cəhdi

Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər kişinin intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumat daxil olub.

Adalet.az-ın nazirliyin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb edilmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunub ki, sərxoş vəziyyətində olan 1986-cı il təvəllüdlü şəxs üçmərtəbəli yataqxananın damına çıxaraq özünü aşağı atmaq istəyib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.