adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Dekabr 2014 18:18
3289
MƏMLƏKƏT
A- A+

Hərbçimiz vətənə qayıdıb

Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin qarşısını alarkən yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan hərbçilərdən daha biri - 19 yaşlı Sərxan Tahirzadə bu gün Bakıya gətirilib. 

APA-nın məlumatına görə, Türkiyədə müalicəsi başa çatan S. Tahirzadəni Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri və əsgərin yaxınları qarşılayıb.

S. Tahirzadə hazırda özünü yaxşı hiss etdiyini deyib: "Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürümü bildirirəm. İki ayağımdan əməliyyat olundum və hazırda özümü yaxşı hiss edirəm. Azərbaycan ordusunun əsgərlərinə səslənirəm: hər zaman ayıq-sayıq olun və vətəni göz bəbəyiniz kimi qoruyun”.

Qeyd edək ki, bu ilin avqustunda düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə göndərilib. Onlardan ikisi artıq vətənə qayıdıb. Əsgərlərin müalicəsini Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) öz üzərinə götürüb.