adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Dekabr 2014 18:05
5159
ELM VƏ TƏHSİL
A- A+

Azərbaycanın Milli Atlası yaradıldı

Azərbaycanın Milli Atlası tərtib olunub. "Report" xəbər verir ki, ölkə prezidenti İlham Əliyevin "Azərbaycanın Milli Atlası”nın çapının təmin edilməsi” haqqında sərəncama əsasən hazırlanan "Azərbaycan Respublikasının Milli Atlası”nın nüsxələri AMEA prezidenti, akademik Akif Əlizadənin tapşırığı ilə Aqrar Elmləri Bölməsi tərəfindən akademiyanın institutlarının kitabxanalarına təqdim olunub.

Qeyd edək ki, Milli Atlas əhatəli elmi məlumatları ehtiva etməklə, ölkənin təbii şəraiti, əhalisi, iqtisadiyyatı, ekologiyası, tarixi, mədəniyyəti, elm və təhsili haqqında dolğun təsəvvür yaradır.19 bölmə, 444 səhifə,1000-ə yaxın xəritə, diaqram, cədvəl, izahedici mətn və digər məlumatlardan ibarət olan atlasın məzmunu ölkəmizin bütün əsas iqtisadiyyat və sosial-mədəni sahələrini əhatə edir. Hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən akademik Qərib Məmmədovun rəhbərliyi ilə atlasın CIS variantı hazırlanır. Milli Atlasın bu elektron formasını ölkədə yaradılacaq Milli Məkan Məlumatları İnfrastrukturunun fundamenti hesab etmək olar. Atlas Azərbaycanın coğrafi şəraiti, relyefi, bitki örtüyü, heyvanat aləmi, tarixi, mədəniyyəti, təhsili və s. sahələrini əhatə edən unikal xəritələr toplusundan ibarətdir.


Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.