adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Dekabr 2014 17:56
5493
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan filmi beynəlxalq mükafat aldı

Gənc rejissor Ayşad Səfərəliyevin "İnikas” filmi IV "Qırğızıstan – Qısametrajlı Filmlər Ölkəsi” Beynəlxalq Film Festivalında "Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

Trend "Azərbaycanfilm" kinostudiyasına istinadən məlumat verir ki, festivala göndərilən 300 qısametrajlı ekran əsəri arasından seçilərək "Beynəlxalq Müsabiqə Proqramı”nda yarışmağa vəsiqə qazanan 13 filmdən biri olan "İnikas” S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin tələbəsi, həmyerlimiz A.Səfərəliyevin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında istehsal olunan diplom işidir. Qısametrajlı bədii film SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparatla qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda onu nə gözlədiyini hələ bilmir. Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru A.Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova canlandırıblar.


Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.