adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Dekabr 2014 17:50
8239
MARAQLI
A- A+

Naməlum obyekt ABŞ-ı çaxnaşmaya saldı

ABŞ-ın Nyu-York şəhərindəki azadlıq heykəlinin üzərində naməlum uçan obyekt müşahidə edilib. Bununla bağlı videonu Skott Kensinqton adlı vətəndaş öz youtube səhifəsində yerləşdirib. O, həyat yoldaşının, heykəlin görüntüsünü çəkdiyi zaman videoda naməlum obyekt qeydə aldığını iddia edir. Videoda görünən obyekt yumru formadadır, o bir müddət havada asılı vəziyyətdə qalır.

ATVxəbər.az bildirir ki, internet istifadəçiləri bu barədə müxtəlif fikirlər yazıblar. Onlar bu obyektin yer səthini çəkən aparat olması versiyasını irəli sürsələr də videonun müəllifləri israrla öz fikirlərindən dönməyərək obyektin məhz yadplanetlilərə aid olmasını vurğulayib və bunu kürənin birdən birə yoxa çıxması ilə izah ediblər

Qeyd edək ki, bir qədər əvvəl belə bir görüntü Böyük Britaniyada çəkilmişdi. Orda iki nəfər səmada rəngdən rəngə çalan qəribə obyekt görərək onu lentə almışdılar. (Atvxəbər)