adalet.az header logo
  • Bakı 11°C
17 Dekabr 2014 17:24
4298
İDMAN
A- A+

Prosineçkinin tərifləri gənc futbolçunu ruhlandırdı

"Robert Prosineçkinin  mənim haqqımda bu cür xoş sözlər səsləndirməsi qürurvericidi”. 


Bunu apasport.az saytına açıqlamasında "Neftçi” klubunun futbolçusu Ruslan Qurbanov deyib.

 

Azərbaycan millisinin yeni baş məşqçisi Robert Prosineçki müsahibəsində Qurbanovun Avropada oynamaq gücündə olduğunu bildirib. Xorvatiyalı çalışdırıcının fikrinə münasibət bildirən Ruslan bundan sonra məşqlərdə daha həvəslə çalışacağını dilə gətirib: "Təbii ki, millinin baş məşqçisinin məni tərifləməsi çox xoşuma gəldi. Bu mənim üçün əlavə motivasiya deməkdi. Öz üzərimdə daha çox çalışacağam ki, ilk növbədə, "Neftçi”nin əsas heyətində möhkəmlənim. Əgər bunu bacarsam, yığmaya da çağırıla bilərəm. Amma klubumun heyətindəki uğurlu oyunumu davam etdirə bilməyəcəyim halda, Prosineçkidən dəvət gözləmək düzgün olmaz”.