adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Dekabr 2014 17:14
5166
ƏDƏBİYYAT
A- A+

Həkimin ağrıdan bəhs edən kitabı

Azərbaycan Dillər Universitetində şair-həkim Tofiq Nurəli ilə görüş keçirilib. Tələbələrlə görüşdə şairin yeni çapdan çıxmış "Yarpaqlarım ağrıyır” kitabının da təqdimatı olub. Görüşdə universitet tələbələrinin şairin şeirlərindən ibarət çıxışları yer alıb. 

Daha sonra şairin qələm dostları Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Maarif Soltan müəllifin şeirləri haqqında xoş sözlərini ifadə edib, eyni zamanda onun yenicə çapdan çıxmış "Yarpaqlarım ağrıyır” kitabından söz açıblar.