adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Dekabr 2014 16:54
5270
MƏDƏNİYYƏT
A- A+

“Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi”nin qalibləri məlum olub

Mədəniyyət və Turizm Nazirliyi teatr sənətinin müxtəlif sahələrinə həsr edilmiş məqalələri dəyərləndirmək, təbliğ etmək, gənc teatrşünasları, jurnalistləri bu mövzularda yazmağa həvəsləndirmək məqsədilə 2014-cü ilin fevral-noyabr aylarında "525-ci qəzet" və "Mədəniyyət" qəzetlərinin iştirakı ilə "Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi" mövzusunda müsabiqə keçirib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, müsabiqədə yaşı 35-dək olan, peşəkar, gənc teatrşünaslar və teatr sahəsindən mütəmadi olaraq məqalələr yazan KİV nümayəndələri ən yaxşı resenziya, ən yaxşı nəzəri araşdırma, ən yaxşı portret yazı, ən yaxşı tənqidi məqalə və ən yaxşı müsahibə nominasiyaları üzrə məqalələr təqdim edib.

Müsabiqənin şərtlərinə uyğun olaraq təqdim edilən məqalələr münsiflər heyəti üzvləri tərəfindən oxunub və müvafiq olaraq qiymətləndirilib.

Dekabrın 18-dəM.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında müsabiqənin yekunu, qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.