adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 Dekabr 2014 12:45
5957
KRİMİNAL
A- A+

Gömrükçülər narkotik gətirmək istəyən ana və qızını saxlayıb

Azərbaycanın gömrük orqanları 400 qramdan artıq narkotik vasitəni ölkə sərhədindən keçirmək istəyən iki qadını saxlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, fakt Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” Gömrük Postunda aşkar edilib.

İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşları Fəridə Şahsuvarova və Səyyarə Şahsuvarova saxlanılaraq onların üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı S. Şahsuvarovadan gömrük nəzarətindən gizlədilmiş uzunsov formalı bükümlərdə ümumi xalis çəkisi 149,038 qram narkotik vasitə - heroin və xalis çəkisi 3,971 qram psixotrop maddə - metamfetamin, F. Şahsuvarovadan isə ümumi xalis çəkisi 251,688 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Məlumatda qeyd edilib ki, F. Şahsuvarova S. Şahsuvarovanın anasıdır.
Faktla bağlı DGK-nın İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.