adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Dekabr 2014 10:00
2684
DÜNYA
A- A+

Pakistanda ölənlərin sayı 141 nəfərə çatdı

Taliban” silahlılarının Pakistanda hərbi məktəbə hücumu nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.

Adalet.az-ın "Frans Press"ə istinadən verdiyi məlumata görə, ölənlərin əksəriyyəti kursantlardır.

Ölənlərdən 132 nəfər kursant, 9 nəfər isə müəllimdir.

Yerli hüquq-mühafizə orqanlarının taliblərə qarşı xüsusi əməliyyatı başa çatıb. Əməliyyat nəticəsində 9 nəfər silahlı şəxs zərərsizləşdirilib, 7 hərbçi yaralanıb.

Məlumata görə, silahlılar heç bir tələb irəli sürməyiblər və binaya daxil olan kimi şagirdləri qətlə yetirməyə başlayıblar.

ABŞ prezidenti Barak Obama və BMT baş katibi Pan Qi Mun hücumu pisləyiblər.