Onun haqqında heç vaxt keçmiş zamanda danışmaq mümkün deyil. Çünki o qədər mübariz, o qədər qürurlu və vüqarlı bir gənc idi ki, həmişə ondan xoş sözlər, xoş duyğular gözləmək olardı. İdmançı görkəmi vardı Poladın. Amma o qədər sakit, o qədər səmimi idi ki, adam onunla bir dəfə söhbət eləyəndə ayrılmaq istəmirdi.
Belinskinin gözəl bir kəlamı var: "Mübarizə həyatın şərtidir. Mübarizə qurtarandan sonra isə həyat məhv olur. Polad Mehdiyev də belə bir gənc olub. Hər an, hər dəqiqə mübarizə aparmağa, çətinlikdən çıxmağa və ən nəhayət, öz sözünü deməyi bacarırdı. Elə cəsarətinin də, mərdliyinin də qurbanı oldu. Ancaq dünyaya kişi kimi gəldi, kişi kimi də getdi.
Ötən ilin 31 dekabr Mehdiyevlər ailəsi üçün ən ağır gün oldu. Çünki həmin günü Polad Mehdiyev Yol patrul Xidməti Alayının 6-cı tağımının stasionar postunda xidmət aparırdı. İstəsəydi bəhanə edib Yeni il axşamı olduğu üçün işə çıxmaya da bilərdi. Amma onun heç vaxt yalan danışdığını nə dostları hiss etmişdi, nə də işlədiyi tağımın əməkdaşları. Poladın bir sifəti vardı - arxada necə idi, üzdə də o cür idi.
Yüksək sürətlə posta yaxınlaşan xarici markalı avtomobil bir göz qırpımında Poladı vurub tulladı. Siz indi təsəvvür edin, həmin avtomobil saatda 200-dən yuxarı hərəkət eləyirmiş. Bir anın içində əməkdaşlar və yanındakı insanlar donub qaldı. Hamı ona tərəf qaçdı, ancaq artıq gec idi. Sərxoş sürücünün törətdiyi ağır qəza 6-cı tağımın əməkdaşlarını şoka salmışdı. Hansı ki, bir aydan sonra böyüyüb başa çatdığı Tərtər rayonunda ona toy edəcəkdilər.
...Həmin axşamı çox ağır anlar idi. Həm dostları üçün, həm də iş yoldaşları üçün. Bu ağır xəbəri Tərtərə - Poladın valideynlərinə çatdırmaq elə də asan deyildi. Hamının şənləndiyi bir vaxtda isə bu qara xəbər Poladgilin qapısını döyməli idi...
Yol Patrul Xidməti Alayının komandir müavini, polis polkovnik-leytenant Qüdrət Məmmədov ötən ilin 31 dekabrını xatırlayanda gözləri dolur. Deyir ki, 6-cı tağımın postundan yenicə qayıtmışdım. Elə qabağıma bir stəkan çay qoymuşdular ki, birdən mobil telefonum zəng çaldı. Bu bəd xəbəri mənə dedilər. Bir anlıq quruyub qaldım və yenidən hadisə yerinə qayıtdım. Polad elə bir oğlan idi ki, heç vaxt ölümdən qorxmazdı. Dəfələrlə biz bunun şahidi olmuşduq. Gecə vaxtı bütün tədbirlərimizi gördük, səhərə yaxın cənazəni rayona yola saldıq.
Çoxlu sayda polis əməkdaşları və dostları da ordaydı. 6-cı tağımın komandiri, polis mayoru Vüqar Əsgərov, baş inspektorlar Arif Süleymanov, Elçin Orucov Polad barəsində söz düşəndə dilləri ağızlarına sığmır. Deyirlər ki, tağımımızda onun yeri həmişə görünür.
Polad təkcə hərəkətin təhlükəsizliyini təmin eləmirdi. Bir neçə dəfə ağır cinayətkarları belə silah gücünə zərərsizləşdirmişdi. Hətta bir cinayətkar ona bıçaqla da hücum eləmişdi. Polad idmançı olduğu üçün bir anın içində onu zərərsizləşdirmiş və polis şöbəsinə təhvil vermişdi. Hamımız deyirdik ki, ay Polad, tez tərpən, ailə qur. O da bu gün-sabah deyirdi. Amma qismət elə gətirdi ki, biz Tərtərə toya yox, Poladın dəfninə getdik.
Bu cür insanların ölümü də gözəl olur və heç kəsin ölümünə bənzəmir. Cənazəsinə yüzlərlə adam girmişdi. Və hamı da istəyirdi ki, son borcunu Polada qaytarsın. Gözüyaşlı valideynləri, qohumları və doğmaları üçün bu anlar çox çətin idi. Çünki onlar Poladın toyunu gözləyirdilər. Heç ağıllarına belə gəlməzdi ki, bu gənci son mənzilə yola salacaqlar. Bəzən insanın ağlına gəlməyən başına gəlir.
Dekabrın 31-də Polad Mehdiyevin həlak olmasının bir ili tamam olacaq. Ona görə "həlak olmasını" deyirik ki, bu cür ölümlər adi ölüm deyil. Əgər xidmət aparırsansa, hər hansı tədbirdə dövlət qarşısında borcunu yerinə yetirirsənsə və bu zaman insan dünyasını dəyişirsə, deməli, o həlak olur. Hansısa gözünü qan örtmüş bir sərxoşun qurbanına çevrilən gəncin ahı təbii ki, bu cinayəti törətmiş adamı nə vaxtsa tutacaq.
Dayısı oğlu Müşfiq müəllim Polad haqqında danışmaqdan doymur. Hər dəfə də danışanda həm bizi, həm də yanındakıları kövrəldir. Deyir ki, Polad elə bir oğlan idi ki, adı kimi özü də hər bir çətinliyə, ağrı-acıya və sınağa dözməyi bacarırdı. Biz onun simasında çox vətənpərvər və cəsarətli bir doğmamızı itirmişik. Ona görə də gözümüz hər an onu axtarır.
Seneka deyib: "Həyat uzunluğuna görə deyil, mənasına görə qiymətlidir". Polad Mehdiyev 1989-cu ildə anadan olmuşdu. Amma bu qısa ömründə sanki müdrik bir insana bənzəyirdi. Çünki dünyaya nə üçün gəldiyini yaxşı bilirdi. Yaxşı bilirdi ki, ürəkli, cəsarətli adamlar ölümü də mərdliklə qarşılayırlar və belə insanlar heç vaxt ölmürlər...