adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Dekabr 2014 17:51
3988
SAĞLAMLIQ
A- A+

Kimsəsiz uşaqlara stomatoloji xidmət göstərilir

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il öncəsi Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanovun dəstəyi ilə ATU-nun Stomatoloji Klinikasında valideyn himayəsindən məhrum olmuş uşaqlara  xeyriyyəçilik məqsədi ilə stomatoloji xidmət göstərilib. İlk gün "Ümid yeri” uşaq sığınacağı və reabilitasiya mərkəzinin sakinlərinə ödənişsiz tibbi xidmət göstərilib. Stomatoloji Klinikanın direktoru Alqış Səfərovun sözlərinə görə, gün ərzində sığınacağın 25-dən çox sakini ən müasir  tibbi avadanlıqlarla təchiz edilmiş diş kabinetlərində müayinə və müalicə olunublar: "Müayinə nəticəsində uşaqların əksəriyyətində kariyes boşluğu müəyyənləşdirilib. Kiçik yaşlı uşaqlarda kariyes, pulpit, diş ərpi aşkarlanıb və müvafiq stomatoloji yardım göstərilib”.  
Alqış Səfərov qeyd edib ki, uşaq evlərinin sakinlərində  stomatoloji problemlər daha çox olur: "Uşaqların ağız boşluğunda yaranmış gigiyenik problemlər adətən dişlərə düzgün qulluq edilməməsi ilə əlaqədar olur. Süd dişləri tökülənə qədər uşaqların dişləri ciddi həkim nəzarəti altında olmalıdır. Odur ki, ATU rəhbərliyi tərəfindən belə bir qərar verildi. Bu təşəbbüs uşaq evlərində qalan himayəsiz uşaqların sağlamlığının qorunmasına yönəlib”.  
ATU-nun Stomatoloji Klinikası gələcəkdə digər uşaq evlərindən də müraciətləri  qəbul etməyə hazırdır.