adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Dekabr 2014 15:17
165649
MODA
A- A+

Azərbaycan moda müsabiqəsində 2-ci oldu

Moskvada "Etno-Erato” II Avrasiya yüksək milli geyim modası müsabiqəsi keçirilib. Moskva hökumətinin, "Avrasiya qadınlar forumu etnomədəni ənənələrin qorunub saxlanılmasına dəstək" regional ictimai təşkilatının və Moskva Millətlər Evinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas sponsorlarından biri Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) olub.

Modelyerlərin kolleksiyaları "Ən yaxşı slavyan geyimi”, "Müasir geyimdə etnik motivlər”, "Qafqaz xalqlarının ən yaxşı geyimi”, "Ən yaxşı Şərq geyimi”, "Fin-uqor xalqlarının ən yaxşı geyimi”, "Şimal, Sibir və Uşaq Şərq xalqlarının ən yaxşı geyimi”, "Etnik geyimə retro baxış” nominasiyalarında təqdim edilib.

Builki dəb müsabiqəsində Azərbaycanı gənc və istedadlı modelyerlər Zümrüd Mirzəliyeva və Nərgiz İmanova təmsil ediblər. Zümrüdün kolleksiyası "Müasir geyimdə etnik motivlər” nominasiyasında ikinci yeri tutub.
Qeyd edək ki, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova və modelyer Orxan Sultan əvvəlki müsabiqənin iştirakçısı və mükafatçıları olublar. 

"Etno-Erato” II Avrasiya yüksək milli geyim modası müsabiqəsi artıq 15 ildir Moskva hökumətinin dəstəyi ilə keçirilir. Layihə müxtəlif xalqların mədəniyyətlərinə inteqrasiyaya, etnomədəni dialoqun inkişafına dəstək məqsədi daşıyır.