adalet.az header logo
  • Bakı 18°C
16 Dekabr 2014 15:12
3832
MƏMLƏKƏT
A- A+

Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə ictimai vəkillik MÜZAKİRƏ EDİLDİ

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və "Counterpart İnternational” təşkilatı tərəfindən icra olunan Qadın İştirakçılığı Proqramı çərçivəsində "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyin və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasından ibarət QHT koalisiyası tərəfindən icra olunan "Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə ictimai vəkillik kampaniyası" layihəsi çərçivəsində Şamaxı şəhərində qadınlar üçün "Gender həyatımızda” mövzusunda seminar keçirilib.
Seminarda qadınlarla Gender haqqında qanundan irəli gələn bərabərlik prinsipləri, gender işdə, gender ailədə mövzularında müzakirələr aparılıb.

Seminarda erkən nikah, məişət zorakılığı və onun fəsadları barədə iştrakçılara məlumat veilib. 
Telim üzrə ekspertlər seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırmaqla yanaşı, praktik hüquqi yardımlar göstərmişlər.