adalet.az header logo
  • Bakı 17°C
16 Dekabr 2014 12:34
6928
ƏDƏBİYYAT
A- A+

Məktəblilərin mütaliə mədəniyyəti müzakirə edildi

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin rəhbərliyi ilə bir qrup yazıçı, eləcə də təhsil naziri Mikayıl Cabbarov "Mütaliə mədəniyyətinin və oxuya motivasiyasının yüksəldilməsi" layihəsinin təqdimatını keçiriblər. Adalet.az xəbər verir ki, Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə həmçinin, Bakı və Sumqayıt məktəblərinin direktorları iştirak ediblər.

 

Təhsil naziri Mikayıl Cabbarov çıxışı zamanı vurğulayıb ki, mütaliənin populyarlaşdırılması şagirdlərdə geniş dünyagörüşün formalaşmasına təsir göstərəcək. O, layihənin ümumtəhsil məktəb şagirdlərinin mütaliəyə həvəsini artıracağını və onların bədii estetik zövqünün inkişafına, mənəvi tərbiyəsinə müsbət təsir edəcəyini vurğulayıb.


Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar layihənin əhəmiyyətini yüksək dəyərləndirib. Təhsil Nazirliyinin şagirdlərdə mütaliə mədəniyyətinin yüksəldilməsi istiqamətində apardığı işləri təqdir edən AYB sədri bu prosesə dəstək verəcəklərini bildirib.


Sonra nazir, yazıçılar və müxtəlif yaş qruplarında təhsil alan şagirdlərdən təşkil olunan klubların üzvləri mütaliə etdikləri kitabları müzakirə ediblər.