adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Dekabr 2014 17:31
9392
TEXNOLOGİYA
A- A+

Twitter Türkiyə üçün bağlanıldımı?!

Sosial şəbəkələr arasında Facebookdan sonra istifadə sayına görə 2-ci yerdə olan Twitter-in Türkiyə üçün bağlanıldığı iddia edilir. Adalet.az Türkiyə KİV-nə istinadən məlumat verir ki, bu gün saat 12.15-dən etibarən şəbəkəyə daxil olmaq mümkün olmayıb. Xüsusən Türkiyədən olan istifadəçilər gün ərzində sosial şəbəkəyə dəfələrlə daxil olmaq istəsələr də baş tutmayıb.

Qeyd edək Türkiyə Twitter istifadəsinə görə bir çox ölkələri üstələyir. Bu ölkədə  Twitter Facebookdan daha populyardır.

Məlumata görə, türkiyəli istifadəçilər bu şəbəkəyə xarici İP ilə girə bilirlər. Hazırda texniki problemlər və ya giriş yasağı olub-olmaması məsələsi araşdırılır.