adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Dekabr 2014 16:16
7096
MARAQLI
A- A+

İPhone sifariş verib taxta aldı

Hindistanın Puna şəhərində bizim "Şərikli şörək" filmindəki hadisəyə bənzər bir əhvalat olub. Necə ki, filmdə kağız bükülünün içindən pencək əvəzinə kağızlar çıxır, eləcə də hindli sakin də sifarişlə gətirtdiyi iPhone əvəzinə qutudan taxta parçaları çıxıb. Darşan Kabra adlı sakin yerli mağazalardan birinə onlayn sifariş verib. Amma kuryerin evinə gətirdiyi qutunu açanda şoka düşüb.
Sifariş qutusunun içindən iPhone əvəzinə iri taxta parçaları çıxıb. Sifarişi gətirən kuryer çıxılmaz vəziyyətə düşərək Darşan Kabranın telefon üçün ödədiyi 650 dollar pulu geri qaytarmalı olub.