adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Dekabr 2014 14:49
6698
DÜNYA
A- A+

Fətullah Gülən prezidentlərin sirrini açdı

"Hamı özünü firon zənn etməyə başlayar, amma onların aqibətinin nə olduğu da bəllidir”. Bu fikri nurçuların lideri Fətullah Gülən ötən gün Türkiyədə "paralel yapı”ya qarşı polisin apardığı əməliyyatlara münasibət bildirərkən deyib. Ad çəkməsə də, prezident Rəcəb Tayyib Ərdoğanı nəzərdə tutan Gülən onun  haqqında tənqidi fikirlər səsləndirib: "Fironlar "boğacam, əzəcəm” dedikləri yerdə özləri əzilirlər”, - deyə tövsiyələrdə bilinan Gülən Türkiyənin 8-ci prezident Turqut Özalı nümunə göstərib. Mərhum Turqut Özalın Asiya sədərinə çıxdığı zaman ona belə xəbər yolladığını xatırladıb: "Mən sizin üçün gedirəm. Bəs bu dostlar niyə gəlmirlər?” - deyərək Asiyadakı bütün dövlətləri gəzib.

"Allah ona elə gözəl iş gördürdü ki, vətənə qayıdandan bir-iki gün sonra ruhunun üfüqlərinə qovuşdu. Allah ona bunu nəsib etdi və minlərlə insan göz yaşı ilə onun dəfn mərasimində iştirak etdi”, - deyə baş nurçu vurğulayıb.   

Gülən Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəllə bağlı da dilini dinc tutmayıb:"Bu bir sirdir, söyləmək bəlkə də doğru deyil. Amma mən bunu demədən rahat ola bilməyəcəm. Süleyman Dəmirəl bəlkə 20 dövlət başçısına məktub yazdı. Mən heç bir dövlət başçısının belə bir şey edəcəyini ehtimal etmədim, bundan sonra da belə olacaq. Məktubun altına imzasını qoydu. Üstünə isə yazdı ki, siz dövlət başçısına nə doldurursunuz, doldurun. İndi bunları görməzliyə vurmamaq lazımdır”.

Abdulla Gülə də "papaq” atan nurçu lider onun da dəstək üçün müxtəlif yerlərə zənglər etdiyini bildirib: "Amma məsələ bunların dəstəyində deyil. Əsasən səbəblər planında o işi üzərinə götürəcək, o boyunduruğa boyun əyəcək fədakar insanlar var idi”.  

Qeyd edək ki, ötən gün İstanbul polisinin "paralel yapıya” qarşı apardığı "Şafak” adlı əməliyyatda "Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı və "Samanyolu” televiziyasının baş direktoru Hidayət Karaca da daxil olmaqla, xeyli sayda insan həbs olunub.