adalet.az header logo
  • Bakı 16°C
15 Dekabr 2014 12:39
6003
ƏDƏBİYYAT
A- A+

“Aydın səs” müsabiqəsinin qalibi açıqlandı

"Aydın səs” bədii qiraətçilər müsabiqəsinin qalibi bəlli olub. Adalet. az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) magistri Rzayeva Pərvanə 770 balla qalib elan edilib. Çıxışları Azərbaycanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti dəyərləndirib.

Ümumilikdə 500 nəfərin qatıldığı müsabiqədə iştirakçılar əruz, heca vəznində, sərbəst şeirdə qabiliyyətlərini göstərərək, məşhur bədii əsərlərdən monoloqlar söyləyib, dublyajda müxtəlif obrazları canlandıraraq aktyorluq məharətlərini nümayiş etdiriblər. Sonda 4 nəfər final mərhələsinə keçərək birincilik uğrunda mübarizə aparıb.

"Aydın səs” qiraətçilər müsabiqəsi Azərbaycan teleməkanında şeir və nəsr yaradıcılığının geniş təbliği, bədii qiraət ifaçılarının yeni, gənc nəslinin üzə çıxarılması, aydın tələffüzü olan, səlis danışıq tərzinə malik gənclərin aşkarlanması və yetişdirilməsi, ədəbi mühitin inkişafı məqsədilə təşkil olunan ilk layihədir.