Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | KÖLGƏSİZ ADAM Adalet.az | KÖLGƏSİZ ADAM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KÖLGƏSİZ ADAM

("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)

17511    |   2008-05-31 01:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yer üzünün ən görkəmli, qüdrətli və zəhmli, zalım, məkrli və tədbirli diktatorlarından biri 1879-cu ildə Qafqaz dağlarının ətəyində, Rus imperiyasının ucqar əyalət şəhərlərindən olan Qoridə dünyaya gəldi. Çəkməçi Vissarion kişinin ilk doğulan iki övladı vəfat etmişdi. Üçüncü oğlunun da anadangəlmə fiziki qüsurları vardı. Üstəlik, çiçək xəstəliyinə yoluxması ömrünün sonunadək simasında silinməz izlər buraxmışdı. Amma, üçüncü balanı Allah saxladı. Onun böyüyəndə hansı əməllər sahibi olacağının dünya tamaşasına duracaqdı...
   Vissarion oğlunu ruhani kimi böyütmək istəyirdi. Mükəmməl dini təhsil almasına çalışırdı. Amma ruhani seminariyasının tələbəsi yeniyetmə çağlarından ateizm təbliğatçılarına meyl saldı. 20 yaşından gizli marksist təşkilatına üzv oldu. Üsyançı çağırışlar səsləndirilən nümayişlərin, yürüşlərin təşkilində təşəbbüskarlığı, təşkilatçılığı ilə fərqlənirdi. Düzdür, bütün bunlardan erkən rəhmətə getmiş ata xəbər tutmadı. Deyilənə görə, onların ailəsində qeyri-sağlam mühit hökm sürürdü. Çəkməçi içkiyə meylli, həm də dalaşqan təbiətli adam idi. Uzunboğaz çəkmə ilə oğlunu tez-tez döyərdi. Arvadına doyunca ər çörəyi verməsə də, bolluca kötək yediribmiş. Ailədə özü haqda xoş xatirələr buraxmadan dünyasını dəyişən Vissarionun ölümünün gerçək səbəbi və dəqiq tarixi bəlli deyil. Atadan yetim qalan Sosonu anası Keke böyütdü, onun böyük səltənətə böyüklük etdiyi günü də gördü (onun tam olaraq adı rəsmi sənədlərdə Yekaterina kimi göstərilsə də, bəzi mənbələrdə Ketevan kimi də çəkilir-E.B.)
   Gənclik ehtirası ilə inqilabi fəaliyyətə qoşulan İosifin çar mütləqiyyətinə qarşı mübarizə əzmi getdikcə artırdı. Dəfələrlə tutuldu, sürgünə göndərildi, qaçdı, haralardasa gizləndi. Gizli inqilabi fəaliyyət dövründə bir neçə ləqəbi vardı. Bizə bəlli olanlar bunlardır: Beso, Nijeradze, Çijikov, Kinto, Koba. Sonuncu sadaladığım ən geniş yayılan və özünün də xoşladığı ad idi. Uşaqlıq dostu İmeraşviliyə istinadən deyirlər ki, gürcü yazıçısı Kazbeginin "Ata qatili" romanının qəhrəmanının şərəfinə o, bu ləqəbi götürmüşdü. Gənclik illərində qibtə elədiyi qəhrəman, məhz Koba idi. Fəqət, bu ləqəbin meydana gəlməsi barədə başqa mülahizələr də var. Tədqiqatçı V. Poxlebkin yazır ki, İran şahı Gürcüstanı fəth edəndən sonra Tiflisi paytaxt elan etmişdi. Şəhərin adına gürcülər Koba deyirlərmiş...
   İnqilab ideallarına sona kimi sadiq qalan İosif Cuqaşvilinin sonrakı illərdə "Stalin" təxəllüsünü götürməsi də təsadüfi deyil. Qədim gürcü dilində "cuqa", azərbaycan dilində polad, rusca "stal" deməkdir. Cuqaşvili beləcə Stalin oldu. Ona hamı "yoldaş Stalin" deyə, müraciət edərdi. İosif Vissarionoviç Cuqaşvili tarixə bu adla düşdü. İyirminci əsr onun əsri oldu. Və bu əsrin birinci yarısı demək olar ki, "kölgəsiz dahi"nin həqiqi əsiri oldu. Mən ona görə kölgəsiz deyirəm ki, ən yaxın, ən doğma adamları belə, çətin məqamda ona bel bağlaya bilməzdi. İstər ailə üzvü olsun, istər sınanmış silahdaşı, kimsə onun qəzəbindən, amansız şübhələrindən sığortalanmamışdı. Onun fikri, münasibəti hər an dəyişə bilərdi. Böyük bucaq altında baş verən bu ani dəyişmədən sonra kimsə onun qəti qərarını dəyişə bilməzdi.
   
   * * *
   
   1922-ci ilin aprel ayında RKP(b) MK Plenumunda yeni təsis olunan Baş katib vəzifəsinə Stalini seçdilər. Görünür, o zaman bu vəzifənin sonralar genişlənəcək əhatə dairəsini kimsə təsəvvür etmirdi. Baş katibə partiyanın lideri kimi baxılmırdı. Bu vəzifənin sahibi mərkəzi partiya aparatının işini, təşkilat məsələlərini, partiya maarifi, təbliğat-təşviqat sahəsində fəaliyyətini gündəlik diqqət mərkəzində saxlamalı, yerlərdə icra mexanizminə nəzarəti gücləndirməliydi. Heç şübhəsiz ki, Plenumda müzakirəyə çıxarılan təklifin arxasında Lenin dayanırdı. O dövrdə partiya lideri olaraq əsasən L.D.Trotski, N.İ.Buxarin, L.B.Kamenev, Q.Y. Zinovyev tanınardı. Bu adamların hər biri çoxsaylı elmi əsərlərin müəllifi idi. Lenindən sonra partiyanın görkəmli nəzəriyyəçiləri kimi Trotskinin, Kamenevin, Zinovyevin adları çəkilirdi. Stalin milli məsələlərin mütəxəssisi olaraq tanınırdı. İçində gizli saxlanan liderlik iddiası olsa da onu büruzə verməzdi. Bu mənada adları çəkilən Kommunist partiyasının ideoloji sütunlarına ciddi rəqib sayılırdı. Milli mənsubiyyəti də onun Rusiya bolşeviklərinə rəhbərlik arzusunu hər an əngəlləyəcək ciddi amillərdən idi. Bütün bu məqamları tədbirli İliç nəzərə almışdı. Amma, maraqlıdır ki, hələ o zaman oddan-alovdan keçən gürcü inqilabçısının hərəkətlərində Lenin "velikorus şovinizm"inin əlamətlərini də görürdü. Bu fikir onun təsəvvüründə zamanla güclənəcəkdi. Partiyanın Baş katibi vəzifəsinə onun namizədliyini irəli sürərkən günün birində peşman olacağını, zənnində yanıldığını heç güman etməzdi. Növbəti Qurultaya ünvanlanan məktubunda aşırı kobudluğu üzündən gələcəkdə Stalinin Baş katib vəzifəsində qalmasını məqsədəuyğun saymadığını nümayəndələrin diqqətinə çatdıracağını da düşünmürdü. Amma Lenin ölüm yatağında zəiflədikcə Stalin Baş katib kimi güclənir, səlahiyyətlərini genişləndirirdi. Ona sadiq olan adamları planlı şəkildə rəhbər vəzifələrə yerləşdirirdi. Kremldəki siyasi qruplaşmaların getdikcə qızışan mübarizəsi isə nəticə etibarilə Kobanın mövqelərini möhkəmlədirdi. Lenin dövründə Siyasi Büronun tərkibinə 6 nəfər daxil idi - Stalin, Zinovyev, Kamenev, Trotski, Buxarin və Tomski. Bütün məsələlər səs çoxluğu ilə qəbul olunurdu. Stalin, Zinovyev və Kamenev öz aralarında bir araya gəlib "Üçlük" yaratmışdılar. Bu "üçlük" ayrılıqda hər birinə ciddi rəqib ola biləcək Lev Davıdoviçi təkləməyə çalışırdı. Həmkarlar İttifaqının lideri Tomskinin də Trotski ilə münasibətlərinin gərgin olduğunu nəzərə alsaq, Siyasi Büro iclaslarında yalnız Buxarinin Trotskiyə yeganə müttəfiq olacağı ehtimalı qalırdı. Plenumdan sonra da Trotski Baş katibin əleyhinə çıxaraq açıq mübarizəyə başladı. Mərkəzi Komitəyə, Mərkəzi Nəzarət Komissiyasına etiraz məktubu ilə müraciət etdi. O, deyirdi ki, partiyada demokratiyanı gücləndirmək lazımdır. Onun tərəfdarları Siyasi Büroya 46 nəfərin imzasıyla məktub ünvanladı. Fəqət, "Üçlük" və artıq Stalinin rəhbərliyi altında xeyli güclənən mərkəzi icra aparatı öz yenilməzliyini ilk dəfə nümayiş etdirdi.
   Say etibarı ilə partiyanın on üçüncü qurultayının başladığı gün Stalin üçün həqiqətən nəhs gəldi. İşə başlamazdan öncə Nadejda Krupskaya Vladimir İliçin qurultaya ünvanlanan məktubunu təqdim etdi. Onun müzakirəsi, nümayəndələrin çıxaracağı nəticələr Koba üçün "olum, ya ölüm" məsələsi idı. Məktub ağsaqqallar şurasının yığıncağında oxundu. Şuranın tərkibinə MK üzvləri, yerli partiya təşkilatlarının rəhbərli daxil idi. Vəziyyət son dərəcə gərgin idi. Stalin qurultayda vəzifəsindən istefa verməsini rəsmən bəyan etdi. Kamenev bu təklifi səsə qoydu. Lakin nümayəndələrin əksəriyyəti Baş katib vəzifəsində Stalinin qalmasına səs verdi. Uğursuz başlayan gün İosif Vissarionoviç üçün uğurla bitdi. Qurultayda müxalifətçilər ittiham olundu. Bundan sonra Stalinin hadisələrə təsir gücü xeyli artdı. XXIII qurultayın yekunları onun qələbəsi olsa da, həlledici döyüşlər hələ qarşıda gözlənilirdi. Növbəti qurultayda daha böyük parçalanma baş verəcəkdi. Get-gedə yaddan çıxarılacaq və gizli saxlanılacaq Lenin tarixi müraciəti, uzun illər sonra partiyanın XX qurultayında Nikita Sergeyeviç Xruşşov tərəfindən yenidən üzə çıxarılacaqdı. Bəs, proletariatın dahi rəhbəri hesab edilən Vladimir İliç Leninin müraciəti bolşeviklər tərəfindən o zaman niyə diqqətə alınmadı?
   
   (ardı var)


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK