ANA SƏHİFƏ / YAZARLAR

ŞİR ŞƏKLİ

14289    |   2008-05-24 02:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Olmadı ay dədə, kişidən fslan,
   Fırlanır dünyanın təkəri belə.
   Özümüz yaratdıq dişidən aslan,
   Millətin Nigarı, Həcəri belə...
   
   ... O gün aprelin ikisiydi. Bu tarix ona görə dəqiq
   yadımda qalb ki, həmin gün həm mənim ad günüm idi, həm Kəlbəcərin işğal günü, həm də çadırda üstündə şir şəkili olan "odeyallar" paylanırdı...
   Əvvəlcədən şərtləşdiyimiz kimi Qürbət müəllim "video kamerası"nı quraşdırmışdı mənim çadırımın qarşısında... Mən çadırdan çıxıb ağır-ağır, başı aşağı addımlamalıydım şəhərciyin yuxarı başına. Ora ki, orda "odeyallar" paylanacaqdı və Qürbət müəllim də mənim bu "marşurutumu" alacaqdı lentə...ad günü üçün... Elə belə də oldu... Arxamızca bir dəstə uşaq, "çadır uşağı" yüyürüşdü... Mən guya kədərli və üzgün görkəmdə, Qürbət müəllim də müxtəlif pozalardan çəkməkdə...
   ... Ata-babalarımız çox mənalı, fəlsəfi kəlamlar, deyimlər qoyub gediblər... Hamilə qadınlar hamiləlik dövründə tanımadıqları adamların əlindən pay, tikə, hədiyyə almasınlar... Yoxsa doğulacaq uşaq həmin payı, tikəni, hədiyyəni verən şəxsə oxşayar... On il çadırda uşaq doğan qadınlar, ingilisin, farsın payını, tikəsini, hədiyyəsini aldılar.
   ... Həmin axşam bütün kanallarda konsert gedirdi. Ötəri Kəlbəcərin işğal görüntülərini də göstərdilər... Şəkil elə şəkildi. Bu görüntülər də şəkil idi... Şəkilnən danışmaq, şəkilnən dərdləşmək mümkünsüzdü... Əlini üzadıb bu görüntülərdən Kəlbəcərin bir daşını da götürmək olmaz...
   
   ... Hamının fikri, xəyalı paylanmış məntəqəsində idi... Kişilər elə bilirdilər ki, şir şəkili olan odeyalların altında şirə dönəcəklər. Arvadlar elə bilirdilər ki, şir şəkilli odeyalların altında şir misallı oğullar dayanacaqlar...
   
   ... Namərd dünya, ayaq bitib, qol gedir,
   Neyləyirəm sağ vururam, sol gedir...
   Qurbanlıqdı qurda-quşa, yol gedir,
   Bu can hazır cəmdək deyil, bəs nədi?
   
   Səyyad gərək tora sala maralı,
   Ovçu axsaq, ovun yoxdu ov halı.
   Mən qocaynan, sən cavanın xəyalı,
   Aramızda gərdək deyil, bəs nədi?
   
   Vaxt yatıbdı, yüz il çadır, oyanmaz,
   Bu qar rəngi ha ağartsan boyanmaz.
   Öz xoşuna axır, suyu dayanmaz,
   Çeşmə gözlər cürdək deyil, bəs nədi?...
   
   Bu yaşacan çox tamlardan dadmışam,
   Gözəl qovub, çirkininə çatmışam...
   Nə yemişəm, dəvələyib udmuşam,
   Dişsiz ağız xəndək deyil, bəs nədi?..
   
   ... Aqil Abbas "Batmanqılınc" romanında belə bir səhnə canlandırır... "Axund qalanın açarlarını Qacara uzadanda necə karıxıdısa az qaldı əlindəki "Quranı" ayaqlaya... Qacar dərhal "Quranı" götürüb öpdü, qaldırdı başının üstünə. On minlərlə adam eyni vaxtda hayqırdı:
   - Allahu Əkbər! Allahü Əkbər!...
   Mən bu cümləni yaddaşımdan köçürdüm. Yanlışlıqlara görə müəllifdən üzr istəyirəm...
   ... Birinci cərgədə şəhid ailələri idi, ikinci cərgədə Qarabağ əlilləri, üçüncü cərgədə sıravi çadır sakinləri...
   ... Üstündən şir kişilər seyrələn arvadlar, üstü şir şəkilli odeyallar arzulayırdılar altına girməyə...
   
   Qara çərçivəli şəhid şəkili,
   Kürəyini söykəyib,
   Haram çadırın, haram divarına,
   Baxır şir şəkilli odeyalı
   Qoltuğuna vurmuş atasına...
   ... Qoltuğu şir şəkilli odeyal,
   Şəhid atası girdi darvazadan,
   Elə məğrur, elə qalib,
   Bəlkə oğul belə girməmişdi,
   92-nin yayında,
   Erməni leşlərini tapdalaya-tapdalaya
   Ağdərəyə...
   ... Şir şəkilli odeyalın altında,
   Kişi pişiyə dönüb,
   Qısılmışdı şir arvada...
   Bildi ki, bu şir şəkilli odeyalın
   Altında o, şir ola bilməyəcək, heç vaxt.
   Bu arvadda şir şəkilli oğul
   Doğa bilməyəcək, heç vaxt...
   ... Yun döşəklik günlərini unudub,
   Saman dolu torbalara
   dönürdü arvadlar...
   Kişilər buz kimi, nazik
   Sallofan örtüklərdi...
   ... Şir şəkilli şəhidlərin şəkillərin,
   Şir şəkilli odeyallara
   Dəyişməzlər, atam, anam...
   ... Bir ovuc düyüyə, bir kisə una,
   Divardan endirilən
   Şəhid şəkillərindən boylanan,
   Şir oğlanların şir gözləri,
   Yavaş-yavaş çevrilirdi,
   Şirli odeyalların üstündəki
   Şir şəkilinin şəkil gözlərinə...
   
   ... Şəkillər diri olmur. Şəkillərdəki göz, qaş, ağız, burun, sir-sifət diri olmur... Adicə şəkil olur... Bircə şəhidlərin şəkildəki gözləri... Qıymayın şəhid şəkillərindəki şəhid gözlərinin şəkilə çevrilməyinə...
   ... Canlı pişikdənsə yenə şir şəkili...
   ... Torpaqları şəkil olmağa qoymayan şəhid şəkilləri...


Paylaş: Share
Çapa: Göndər

YAZARIN ARXİVİ

2011-06-18 : BAYAT
2011-02-05 : son ŞERLƏR
2011-01-29 : DUZSUZLUQ
2011-01-22 : PAYIZ
2011-01-15 : QOŞMALAR
2010-12-31 : İLİN SON YAZISI
2010-05-08 : QÜRUR MƏNBƏYİ
2010-04-03 : KUKLA
2010-02-27 : QALOŞ
2010-02-13 : ANOMALİYA
2010-01-30 : BAZAR GÜNÜ
2010-01-09 : BAŞLADIQ
2009-12-31 : İLİN SON YAZISI
2009-12-26 : YOLDƏYİŞƏN
2009-11-21 : DİŞ AĞRILARI
2009-10-31 : KRESLO
2009-10-24 : ŞƏCƏRƏ
2009-10-10 : SAĞSAĞAN
2009-09-26 : AVTORİTET
2009-09-05 : MÜQƏVVA
2009-08-29 : GECƏ SEANSLARI
2009-08-08 : ÇADIR PƏLƏNGİ
2009-07-25 : ŞAHIN QAYITMASI
2009-07-18 : DAŞ
2009-06-26 : FASYE TEOREMİ
2009-05-23 : ÇÖL HAVASI
2009-05-09 : QÜRUR MƏNBƏYİ
2009-05-02 : QOYUN ƏFSANƏSİ
2009-04-18 : PALTARSIZ
2009-04-04 : ŞAHIN QAYITMASI
2009-03-14 : XURMA AĞACLARI
2009-02-28 : XINA RƏNGİ
2009-02-14 : BAYQUŞ
2009-02-07 : BAŞDAŞI
2009-01-31 : DAR ÇAĞI
2009-01-24 : "ATLI" LOBYA
2009-01-17 : AĞRI
2008-12-13 : OCAQ DAŞI
2008-11-29 : ƏYALƏT BƏYİ
2008-11-08 : ARI QUŞU
2008-10-18 : Adda-budda
2008-10-11 : İKİLƏŞMƏ
2008-09-06 : "YANIQ" KƏRƏM
2008-08-30 : "YANIQ" KƏRƏM
2008-08-23 : "YANIQ" KƏRƏM
2008-07-26 : YANIQ KƏRƏMİ
2008-07-19 : YANIQ KƏRƏMİ
2008-06-28 : SAMAN SİYASƏTİ
2008-06-07 : FİL HƏKİMİ
2008-05-24 : ŞİR ŞƏKLİ
2008-05-17 : MONİTORİNQ
2008-05-03 : CİDDİ YAZI
2008-04-12 : ÇƏRÇİVƏ
2008-03-15 : DƏVƏ TALEYİ
2008-01-19 : QIRMIZI TOY
2007-12-29 : KEÇİ PİYİ - 2
2007-12-01 : SALAT
2007-11-03 : KEÇİ PİYİ
2007-10-27 : AĞ LİMUZİN
2007-10-20 : PAYIZ
2007-10-12 : SUBAYLIQ PULU
2007-10-06 : VAXT
2007-09-22 : GÖRÜNTÜ
2007-09-15 : ARPA YERİ
2007-08-25 : DÜNYANIN AXIRI
2007-08-11 : TÜTÜN İYİ
2007-04-28 : ŞERLƏR
2006-09-05 : ƏT
SON XƏBƏRLƏR
2014-12-21
2014-12-20


VİDEO
YAZARLAR
Seyfəddin Altaylı
Fəridə RƏHİMLİ
Məmməd Dəmirçioğlu
FAİQ QİSMƏTOĞLU
Məzahir Əhmədoğlu
Əbülfət MƏDƏTOĞLU
Şərif Ağayar
Kamalə ABİYEVA
İradə TUNCAY
 
ƏDALƏT BUGÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Mətbuatda senzura tətbiq olunsunmu?

Hə (61.54%)
Yox (38.46%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
96 saylı marşrutda işləyən avtobus "İnşaatçılar" metrosuna yaxınlaşır. Salondakı xanımlardan biri 20 qəpiyi şair Vəli Xramçaylıya uzadır:
- Qardaş, zəhmət olmasa, bu pulu sürücüyə ötür.
Vəli Xramçaylı:
- Bacı, pulu özün niyə vermersən, şoferdən küsübsənmi?




digər lətifələr
ARXİV
FACEBOOK