adalet.az header logo
  • Bakı 17°C
12 Dekabr 2014 17:29
5843
SİYASƏT
A- A+

“Əfv Fərmanının imzalanması gözləniləndir”

Əfv Fərmanının nə zaman imzalanması birbaşa Cənab Prezidentin səlahiyətinə aid olan məsələdir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Azay Quliyev deyib.

Əfv Məsələləri Komissiyasının üzvü qeyd edib ki, Ölkə Başçısının adətən xüsusi günlərdə, bayramlarda məhbusda olan insanların ailələrinə sevinc bəxş etmək məqsədi ilə Əfv Fərmanını imzalaması faktdır: "Amma bunun  31 dekabra da şamil olunacağı bizə məlum deyil. Məlum olsa belə, siyahıya kimlərin adının salınacağı və yaxud hansı günə şamil ediləcəyini öncədən cəmiyyətə açıqlamaq nə hüquqi cəhətdən, nə də etik cəhətdən düzgün hesab etmirəm. Cənab Prezident daim humanizm prinsipini əsas tutaraq vətəndaşların törətdikləri cinayətin nəticəsində aldıqları cəzanın yerdə qalan hissəsini bağışlamaq siyasətini həyata keçiribdir. Bu bizim dövlətçiliyimizdə müsbət ənənədir. İnsanlar törətdikləri əməldən peşmançılq hissi keçirirlərsə, onun törətdiyi cinayət ictimai təhlükə yaradırsa, müəyyən mənada islah olunursa Ölkə başçısı çalışır ki, onlar əfv edilsin”.