adalet.az header logo
  • Bakı 11°C
12 Dekabr 2014 16:53
7129
ŞOU-BİZNES
A- A+

Sultanı yenən qadın əsgərlə bacarmadı

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ seriallardan müvəqqəti imtina edib. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni seriala dəvət alan Tatlıtuğu daha bir məşhur - "Hürrəm Sultan" kimi yaddaşlara həkk olunan Məryəm Üzərli ilə belə qərarından daşındıra bilməyib. Halbuki bir il öncə, qala gecələrinin birində Üzərli ilə bir layihədə olmağı çox istədiyi bildirmişdi. 
K.Tatlıtuğu məyusluğa düçar edən isə onun çəkildiyi "Kurt Seyit və Şura" serialının reytinq yığa bilməməsi səbəbindən yayımının dayandırılması olub. Bundan sonra Kıvanç yaradıcılığına fasilə verdiyini bəyan edib. O, 2015-ci ilin sentyabrınadək hər hansı bir layihədə olmağı düşünmür.