adalet.az header logo
  • Bakı 20°C
12 Dekabr 2014 13:31
8215
MARAQLI
A- A+

Yaşıl pişiyin müəmması

Bolqariyanın Varna şəhərinin küçələrin peyda olmuş yaşıl pişik hər kəsi heyrətləndirib. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bir neçə gündür ortalarda görünən pişik artıq əməlli-başlı məşhurlaşıb. Yerli sakinlər və turistlər pişiyin şəklini çəkmək üçün bütün günü heyvanın dalınca dolaşırlar.

Pişiyin rənginə görə əvvəlcə hər kəs onun mutasiya olduğunu zənn etmişdi. Sonra onu əllərinə götürən insanlar yaşıl rəngə bulaşanda bunun hansısa dələduz uşaq tərəfindən edildiyi güman edilmiş və heyvansevərlərin qəzəbinə tuş gəlmişdi. Daha sonra məlum oldu ki, heyvanın rəngində insan "barmağı” yoxdur. Pişik özü dadandığı boya zavodunun rəng dolu isti anbarında yatmağı sevirmiş.