adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Dekabr 2014 18:18
8046
MƏMLƏKƏT
A- A+

Bilik Fondu ali məktəb müəllimlərini əməkdaşlığa çağırır

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ali məktəblərdə görüşlərini davam etdirir. Bu həftə daha iki ali təhsil ocağının müəllim və tələbə heyəti ilə görüş olub. 
Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən görüşdə Fondun icraçı direktoru Oktay Səmədov iştirakçılara Fond haqqında geniş məlumat verib. O.Səmədov bildirib ki, cəmiyyətin maarifləndirilməsi işində iştirak etmək hər kəsin vətandaşlıq borcudur. Xüsusən ali məktəb müəllimləri və tələbələrini bilikləndirmə missiyasına qoşulmağa dəvət edən icraçı direktor Bilik Fondunun Dövlət İqtisad Universiteti ilə birgə layihələr həyata keçirəcəyini deyib. 
Tədbirdə Bilik Fondunun fəaliyyətini əks etdirən slayd nümayiş olunandan sonra Fondun əməkdaşları tələbələrin sullarını cavablandırıb. 
Azərbaycan Dövlət Neft Akademiyasında keçirilən görüş də maraqla qarşlanıb. ADNA-nın müəllim və tələbə heyəti Bilik Fondu ilə əməkdaşlığa hazır olduqlarını deyiblər. O.Səmədov Akademiyanın müəllimlərini Azərbaycanın müxtəlif bölgələrində yerləşən orta məktəblərdə mühazirə deməyə dəvət edib. Bu təklif ADNA-nın rəhbərliyi tərəfindən müsbət qarşılanıb.