adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Dekabr 2014 12:10
26890
AVTOMABİL
A- A+

Mərkəzi küçələrdən biri bir həftəlik təmirə bağlanıb

Bakının mərkəzi küçələrindən biri təmirə bağlanıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən NİİM-ə verilən məlumata əsasən, Səməd Vurğun küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.Hal-hazırda asflat örtüyünün dəyişdirilməsi üçün hazırlıq işləri gedir (kommunikasiya xətləri dəyişdirilir).

Sürücülərə alternativ olaraq Bülbül prospektindən istifadə etmələri tövsiyə olunur.

Təmir işlərininin 1 həftə ərzində yekunlaşdırılması planlaşdırılır.