ÖZÜ GETDİ, SÖZÜ QALDI DÜNYADA..

VAQİF YUSİFLİ
48704 | 2014-12-11 01:25
("Səyavuş Sərxanlının əziz xatirəsinə)

I məqalə


Onun dünyaya gəlişindən anjaq atası, anası, əzizləri xəbər tutdu. Böyüdü, yaşa doldu, sevildi
Elə tələbəlik illərindən şeirləri və məqalələri ilə mətbuatda çıxış elədi. Xalq şairi Nəbi Xəzri onun ilk xeyirxahı oldu. 1968-ji ildə, 25 yaşında "Qayıt" adlı əl içi boyda balaja bir kitabı işıq üzü gördü.
Mən mərhum deməyə dilim gəlmədiyi istedadlı bir şairdən-Səyavuş Sərxanlıdan söz açmaq istəyirəm. Bu o Səyavuş idi ki, altmışınjı illərin sonlarında gənj olmağına baxmayaraq çox tez populyarlaşmışdı. Yaxın dostu Sabir Rüstəmxanlı yazır ki, Səyavuş Sərxanlı universitetə şair kimi gəlmişdi.
Qədim Şəmkirin Morul kəndindən Bakıya həkim olmağa gələn Səyavuş həkim yox, şair, curnalist oldu, yazıçı publisistikasının önjüllərindən birinə çevrildi.Ata ojağının, ana mehrinin, doğulub boy atdığı torpağın sehrini ürəyinə yığan, az qala hər gülün, çiçəyin önündə baş əyən, əkinçi-biçinçi əlinin bərəkətindən, torpağın qüdrətindən təsirlənən, ötən durna qatarlarının həsrətindən qubarlanan duyğulu bir gənjin şair olmağa haqqı vardı. O, istedadlıylı, orta məktəbi qızıl medalla bitirmişdi, Tibb İnstitutuna daxil oldu, amma ikinji kursdan oranı tərk etdi. Bəlkə də tərk etməsəydi, o sahədə tanınmış bir mütəxəssis olardı. Və mən inanıram ki, jərrah olsaydı, istedadlı jərrah olardı, neçə-neçə ümidsiz insanı həyata qaytarardı. Amma jərrah yox, şair oldu. Şair oldu və ürəyində şahə qalxan neçə-neçə susmaz, səngiməz hissi sözə çevirdi, o hisslər, o duyğular bizimkiləşdi.
Bəli, Səyavuş Sərxanlı elə birjə "Qayıt" kitabıyla şeir aləmində, oxuju dünyasında məşhurlaşmağa başladı. Məmməd Rahim, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Məmməd Araz kimi ustad şairlər ona uğurlar dilədilər. Və elə o illərdə S.Sərxanlı bədii -publisistik yazıları ilə də diqqəti jəlb etdi, tezliklə SSRİ Yazıçılar İttifaqının Bədii Publisistika Şurasının üzvü seçildi. O vaxt Azərbayjandan çox-çox uzaqlarda yaşayan şöhrətli həmyerlilərimizin bizlərə tanıdılmasının ilk təşəbbüsçülərindən biri də Səyavuş oldu.
Atasının adını (Əli bəy) oğluna qoydu, çünki atasını doyunja görməmişdi, anası isə, Səyavuş əllini keçməmiş vəfat etdi. Ana itkisi onu yaman sarsıtmışdı:

Ana-ilk məhəbbət sözü kimidir,
Safdır hər niyyəti, hər arzusu da.
Ana-təbiətin özü kimidir,
Bir əli oddadır, bir əli suda.

Ana məktəbini keçməyən həyat
Özünə bir ömür qazana bilməz.
Bir ana kölgəsi düşməyən həyət
Yüz ojaq yansa da qızına bilməz.

Laylaya güvənib çətində, darda,
Beşiyi-bəşərin şah əsəridir.
Bütün muğamlar da, simfoniyalar da
Layla ağajının meyvələridir.

Sizlərdən onu tanıyan, ünsiyyətdə olanlar var, yəqin bu insanı daim üzügülər görmüsünüz. Kədərli çağlarına çox az təsadüf etmisiniz. Amma onun da öz dərdləri vardı. On ilə yaxın bir redaksiyada, bir otaqda işləmişik, həmkar olmuşuq. Bəzən gizlədirdi dərdlərini-həyati qayğılarını, ona etimadsızlığı. Amma şeirlərində üzə çıxırdı bu dərdlər, gileylər.. Ömrünün son illərində ən böyük dərdi Qarabağ itkisiydi:

Uçur qartal kimi tarixə sarı,
O mənim səngiməz həyəjanımdı.
Yiyə durmayanda mərd oğulları,
Mənim Qarabağım çıxan janımdı.

Mənim Qarabağım dözümdü, tabdı,
İnam günəşidi min səhərimin.
Mənim Qarabağım bir daş kitabdı-
Düşübdü başına düşmənlərimin.

Gözəl yazıçımız İsi Məlikzadə "İki günün qonağı" povestində onun bədii obrazını yaratmışdı. Povestin qəhrəmanı İslam öz şair dostunu (bu, Səyavuş Sərxanlının prototipiydi) götürüb kəndə gedir.Doğulduğu kənd indi ona qəribə gəlir, sanki "qayıt" deyir.Səyavuş Sərxanlı da doğulduğu kəndi çox sevirdi. Mənjə, bu sevgi ona bütün sevgilərdən daha doğma idi. Bizim çoxumuz kənddən pərvazlanmışıq, istər-istəməz kənd sevgisi-kəndçiliyimiz dünyanın harasında olsaq, bizi tərk etmir. Amma qayıda bilmirik və o kənd həsrəti içimizdə tüstülənə-tüstülənə qalır. Yanırıq, qovruluruq, hətta arabir kəndə baş çəkəndən sonra da yenə o həsrət bitib-tükənmir. Səyavuş da bu həsrəti içində yaşadırdı. Hərçənd ki, bizə nisbətdə kəndə tez-tez gedirdi.
"Duz-çörək" şeiri Səyavuş Sərxanlının Azərbayjan poeziyasına bəxş elədiyi nadir nümunələrdən biridir. Xalq ruhuna hədsiz sədaqət, saflığa, təbiiliyə çağırış, kənd, təbiət sevgisi bu şeirin mayasını, jövhərini təşkil edir. Məmməd Arazın "Atamın kitabı" poemasından sonra Azərbayjan poeziyasından bu jür ustalıqla yazılmış əsərlərə çox az təsadüf etmək olar.

Babalar illərlə odlu ürəklə
Bu nemət yolunda jandan keçiblər.
İnsan tanınıbdı duzla-çörəklə,
Ən böyük andı da ona içiblər!

Sınayar, tanıdar üüz dostu, yarı,
O daim ömürlə-günlə qoşadır.
Duz-çörək
insanın ürək meyarı,
Duz-çörək
insanın məhək daşıdır.


Telli sünbüllərin əzizliyini
Şehini bal kimi içəndə gördüm.
Dünyanın ən böyük təmizliyini
Zəmi qırağından keçəndə gördüm.

Onun qulluğunda durmaq çətindi,
Ona soyuq ürək daş olmalı, daş.
Yer Günəş başına dolanmır indi,
Duz-çörək başına dolanır, qardaş!

Bir ulu gözəllik gətirin yada-
Özgə hansı adla gül açar ürək:
İnsan üç dünyadan bezmir dünyada-
VətəngAta-anagBir də duz-çörək!

Şeirimizdə böyük mənada Vətən sevgisi əsl istedad qələmində qiymətə minə bilir. Səyavuş Sərxanlının "Azərbayjan" adlı bəlkə, heç bir şeiri yoxdur, amma onun əksər şeirlərində Azərbayjan baş qəhrəmandır. Vətənpərvərlik hissini ümumi sözlərlə yox, obrazlı şəkildə ifadə etməklə Vətən şeiri yaratmaq olar. Bu mənada "Qürbətdə bir ovuj Vətən torpağı" şeirini Səyavuşun ən gözəl şeirlərindən biri sayıram. Şair Vətən həsrətilə alışıb-yanan qürbətçilərin intizarını poeziya dililə belə ifadə edib:

Aylı gejələrdə uzun ayları,
Onların sinəsi sökülüb gedər.
Həsrət çaylarıyla vətən çayları,
Onların gözündən tökülüb gedər.

Səyavuş Sərxanlı poeziyaya altmışınjı illərdə gəlmişdi. Önjə qeyd etdiyim kimi, Nəbi Xəzri onun ilk şeirlərinə uğurlu yol yazmışdı. Onun şeirlərindəki təbiilik, sadəlik, amma bu təbiilik və sadəlikdə obrazlılıq doğma Azərbayjan dilinin gözəlliyindən gəlirdi. Bu mənada Səyavuş Sərxanlı şeir dilimizi gözəlləşdirən şairlərdən biriydi. Bu jəhəti onun yaradıjılığından söz açan Məmməd Rahim və Məmməd Araz da qeyd etmişdilər.Anjaq dilin təmizliyi və gözəl şeir yaratmaq hər şairə müəssər olmur, gərək bu dilin poetik jazibə qüvvəsini də nəzərə alasanghər misra, hər beyt, hər bənd poetik zənjir kimi hörülməlidir. Səyavuşun əksər şeirləri məhz belə "hörülmüşdür". "Həkim haqqında dastan" şeirinə diqqət yetirək:

Ömrün çıraq-çıraq sönən anları,
Onun sinəsini dəlib keçirlər.
Bütün ölümlərin meridianları
Həkim ürəyindən gəlib keçirlər.

Jərrah bıçağına lap heyranam mən-
Qurmaqdı, tikməkdi yarmaqları da.
Ən güjlü jərəyan məftillərindən
Güjlüdür həkimin barmaqları da!

Bütün ürəklərdə qopan ağrılar
Onun ürəyinə yazılır sanki.
Torpaqda hər dəfə qazılan məzar
Həkim sinəsində qazılır sanki.

Səyavuş Sərxanlı şeirləri təmiz, duru dağ çeşməsi kimiydi...

TƏQVİM / ARXİV