adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Dekabr 2014 17:08
31929
AVTOMABİL
A- A+

Bakıya 50 ədəd yeni avtobus gətirilib - Fotolar

Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxta 50 yeni avtobus gətirilib.

Türkiyədə istehsal olunan "İsuzu” markalı avtobuslar bir neçə xüsusiyyətə malikdir. Onlardan biri, nəqliyyat vasitələrinin "Avro-5” standartına cavab vermələridir.

Bundan başqa, avtobuslar sərnişinlərin rahat enib-düşməsi üçün aşağı endirilə bilir.

Bununla yanaşı, avtobusun daxilində görüntülü və səsli kameralar mövcuddur. Xüsusi kabinə vasitəsilə sürücü sərnişinlərdən təcrid olunur.

Avtobuslar kondisioner sistemi, habelə uşaqlar, yaşlı şəxslər, fiziki imkanları məhdud olan insanlar üçün xüsusi hissələrə ayrılıb. Fiziki imkanları məhdud şəxslərin və uşaq arabalarının avtobusa minib düşməsini rahat etmək üçün xüsusi panduslar da quraşdırılıb.

Avtobusları ölkəyə gətirən özəl şirkətin nümayəndəsi Füzuli Sadıqov bildirib ki, avtobusların tutumu "24+1”-dir.

"Bu nəqliyyat vasitələrinin qapısı bağlanmadan avtobus yerindən tərpənmir. Bu da sərnişinlərin təhlükəsizliyini təmin edir. Hələlik avtobuslar 65 nömrəli marşrut xətti üzrə (9-cu mikrorayondan "Azneft” meydanı istiqamətində) hərəkət edəcəklər. Avtobusun xüsusi qara qutusu da mövcuddur”, - deyə o bildirib.

Qeyd edək ki, üçqapılı avtobuslar 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir.

Qalan 150 avtobus isə 2015-ci ildə gətiriləcək. Ümumilikdə Azərbaycana 200 avtobusun gətirilməsi nəzərdə tutulub.

apa