Türkiyə yetim deyil ki, əlindəki qoğal əcaib görünə

AQİL ABBAS
105937 | 2014-12-09 13:58

Ankarada möhtəşəm bir Cümhurbaşkanlığı Sarayı tikilib. Yəni Türkiyənin adına layiq. 650illik bir imperiyanın varislərinə layiq. Atatürkün qurduğu TürkiyəRespublikasının adına layiq. Çoxmöhtəşəm.

Ammamüxalifət qılıncını sıyırıb bu CümhurbaşkanlığıSarayına və daha dəqiq desək, sayın Ərdoğana hücuma keçib. Düz bir aydırbütün qəzetlərdə, televizyonlarda, parlament iclaslarında belə bir saraytikdirdiyinə görə hətta sayın Ərdoğanı istefaya çağırırlar ki, sən niyə bu qədər pulxərcləmisən bu saraya.

Mən hər dəfəÇankaya köşkünün (keçmiş Cümhurbaşkanlığı) yanından keçəndə öz-özümə deyirdimki, doğrudanmı Türkiyə öz adına layiq cümhurbaşkanlığı sarayı tikə bilmir və yaniyə tikmək istəmir?! Təəssüflənirdim.

Çünkidünyanın möhtəşəm dövlətlərinin və heç möhtəşəm olmayan dövlətlərinin də çoxgözəl prezident sarayları var.


Məsələn, Rusiyanın Kremli və yaxud Fransanın Yelisey sarayı. Niyə Türkiyənində belə Cümhurbaşkanlığı Sarayı olmasın?

Götürək adi səfirlikləri. Səfirilklər də həmin ölkənin gücündən, qüdrətindən xəbər verir. ƏvvəllərAzərbaycanın xaricdəki səfirlikləri və baş konsulluqları çox adibinalardaydılar, amma Azərbaycanın qüdrəti artdıqca, ölkənin nüfuzu artdıqca, imici formalaşdıqca bizim səfirliklərimiz də, başkonsulluqlarımız da elə bir yüksək səviyyədəki gözəl binalarla təmin olundularki, indi həm adam görəndə ürəyi açıılır,həm də həmin ölkənin vətəndaşları görürlər ki, Azərbaycanın gücü-qüdrətiharacandı.

Uzun illər Türkiyənin Azərbaycandakı Böyük Elçiliyi yazıçılarla bəstəkarlar ittifaqının içinəbirtəhər sığınmışdı. Həmişə ABŞ-ın, Rusiyanın səfirlikləri ilə müqayisə edəndəpərt olurdum ki, niyə qardaşlarımız hansısa binaya sığınıblar? Amma indi maşallah, Bakının əngörkəmli yerində böyük bir elçilikləri inşa edildi, görəndə adamın ürəyiaçılır. Mənim fikrimcə, hər bir ölkənin başqa bir ölkədəki böyük elçiliyi eləhəmin ölkənin cümhurbaşkanlığıdı.

Qayıdaq yenə Türkiyədəki yeni tikilmiş Cümhurbaşkanlığı Sarayına.Doğrudan da dünyanın özündənrazı dövlətlərinin heç birində bu möhtəşəmlikdəCümhurbaşkanlığı Sarayı yoxdur. Hətta Kreml də bunun yanında kasıb görünür.Buna yalnız sevinmək lazımdı, bunu alqışlamaq lazımdı. Elə bu sarayın bəxti də gətirdi. İlk müsafiri din xadimi oldu – RomaPapası. Deməli, Allah özü halallıq verib bu saraya.

Amma çoxtəəssüf ki, sayın Kılıcdaroğlu qılıncınısıyırıb ey, deyir hakimiyyətə gələndə bubinanı nə bilim hansısa təşkilatamı, universitetəmi bağışlayacaq. Belə gedərsəKılıcdaroğlunun hakimiyyətə gəlməsi bizim Milli Şuranın hakimiyyətə gələcəyikimi yuxudan başqa bir şey deyil.

Və sonda.Sayın Ərdoğan bu sarayı özü üçün tikdirməyib. Cümhurbaşkanları gəlirlər, gedirlər. Beş sənə, on sənə, sayınƏrdoğan da cümhurbaşkanlığından gedəcək, amma Cümhurbaşkanlığı Sarayı qalacaq.Tikilən qalır. Və bu saray da sayınƏrdoğandan Türkiyə dövlətinə və Türk millətinə bir ərməğandı.

«Allah xeyirversin» deyərlər. Biz də bu Cümhurbaşkanlığı Sarayının Türkiyə üçün düşərli olmasını arzulayırıq vəinanırıq ki, belə də olacaq.

P.S.Kimlərsə deyə bilər ki, Ağ Ev elə dəmöhtəşəm deyil, çünki şəkildə, televiziyada görüblər. Mən Ağ Evdə olmuşam. Çoxmöhtəşəmdi, onu həyətində olanda, içində olanda hiss eləmək olur. Və Ağ Evdəyalnız prezident, ailəsi və ona qulluq edən personal oturur. Amma Ağ Evin yanında,təxminən 10-15 metr aralı möhtəşəm bir Prezident Administrasiyası var. Və bəlkə orda elə min otaq var. Onu da deyimki, Ağ Evin siz şəkildə üç mərtəbəsini görübsünüz, amma yerin altında neçə qatıvar, ondan heç kimin xəbəri yoxdu.


TƏQVİM / ARXİV