adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Dekabr 2014 12:57
4442
MƏMLƏKƏT
A- A+

Təhsil naziri Saatlıda vətəndaşları qəbul edib

Təhsil naziri Mikayıl Cabbarov Saatlı rayonunda vətəndaşları qəbul edib.

Saatlı şəhərindəki Gənclər Mərkəzində keçirilən qəbulda Saatlı rayonu ilə yanaşı Şirvan şəhəri, Sabirabad, İmişli, Beyləqan və Hacıqabul rayon sakinləri iştirak edib.

Nazirə müraciətlər əsasən müəllimlərin attestasiyası, diplomların tanınması, xaricdə təhsil, tələbələrin və müəllimlərin bir universitetdən digər təhsil müəssisələrinə köçürülməsi, yeni məktəblərin tikintisi və təmiri, təhsil ödənişləri, işlə təminat, təkliflər və sair problemlərlə bağlı olub. Bir sıra məsələlər operativ şəkildə həll edilib, digər müraciətlər qanunvericiliyə müvafiq qaydada araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyatı üzrə göndərilməsi üçün qeydiyyata alınıb. Qəbulda 60-a qədər sakin iştirak edib.