adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Dekabr 2014 12:24
22220
MƏMLƏKƏT
A- A+

“Ulduz” Məntiq Olimpiadasının qalibləri mükafatlandırıldı - Fotolar

Tələbələrarası "Ulduz” Məntiq Olimpiadasının qalibləri mükafatlandırılıb.

Ulduz Şokolad Fabrikinin sponsurluğu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və "Kainat” Tədris Mərkəzinin təşkilati dəstəyi ilə tələbələrarası "Ulduz” Məntiq Olimpiadası layihəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Adalet.az-a verilən məlumata görə,"Veysəloğlu” Şirkətlər Qrupunun yaradılmasının 20-ci ildönümünə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində həyata keçirilən bu layihəyə müxtəlif təhsil müəssisələrində təhsil alan 500-ə qədər tələbə qatılıb.

Tədbirdə çıxış edən fabrik rəhbərliyi qeyd etmişdir ki, Ulduz Şokolad Fabriki hər zaman gənclərə dəstək vermiş, onların bilik və bacarıqlarının müəyyən edilməsi və artırılması istıqamətində silsilə tədbirlərini bundan sonra da davam etdirəcək.

Sonda qaliblər müxtəlif hədiyyələr ilə mükafatlandırılıb.