adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Dekabr 2014 15:49
4930
MƏMLƏKƏT
A- A+

Dördüncü mobil operatorla bağlı AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının (NMR) "Naxtel" CDMA standartlı simsiz rabitə operatoru bütün Azərbaycan ərazisində xidmət göstərməyəcək.

Trend-in NMR-ın Rabitə və İnformasiya Texnologiyaları Naziri Rövşən Məmmədova istinadan verdiyi məlumata görə, şirkətin prioritet planları arasında Muxtar Respublikada LTE şəbəkəsinin yerləşdirilməsidir.

"Operatorun bütün Azərbaycan ərazisində xidmət göstərəcəyi haqqında gedən söhbətlər həqiqətə uyğun deyil, və xidmət, əvvəlki kimi, Naxçıvan Muxtar Respublikasının ərazisində göstəriləcəkdir", deyə Məmmədov bildirib.