Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | HƏR SAĞLIQ DEYƏNDƏN DOST ÇIXMAZ Adalet.az | HƏR SAĞLIQ DEYƏNDƏN DOST ÇIXMAZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HƏR SAĞLIQ DEYƏNDƏN DOST ÇIXMAZ

21997    |   2008-04-19 00:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyə ərazisinə, əhalisinə görə Avropada böyük dövlətlərdən biridir. Bu ölkədə mətbuat orqanlarının sayı cox, tirajı yüksəkdir. Yazarlar da az deyildir. Amma oxucular arasında imzası tanınan, qələminin gücüylə ictimai fikrə təsir göstərə bilən, məsləkdaşları və vətəndaşları arasında nüfuz sahibi olan qəzetçilər hər yerdə olduğu kimi, Türkiyədə də sayladır. İmza çoxluğunda öz üslubu və mövqeyi ilə seçilən qələm sahiblərindən biri də İrfan Ülküdür. Kimdir illərdən bəri mənim tanıdığım İrfan Ülkü?
   1952-ci ildə İstanbulda anadan olub. Gənc yaşlarından ədəbiyyatla məşğul olub. Xarici dilləri Ankarada kollecdə oxuyarkən öyrənməyə başlayıb. İstanbul Universitetinin hüquq fakültəsinə daxil olub. Amma az sonra həyatda tam başqa bir istiqamətdə öz yolunu tapdığı üçün oranı tərk edib. "Tərcüman", "Günaydın" qəzetlərirndə calışıb. "Kanal-6" televiziyasında baş müşavir vəzifəsində işləyib, "Star" televiziyasında Orta Asiya və Qafqaz ölkələri üzrə təmsilçi olub. Təcrübəli mütəxəssis kimi TGRT televiziyasının quruluşunda yaxından iştirak edib. Sonra bir müddət "Türkiyə" qəzetində işləyib. "Orta Doğu" və "Yeni günaydın" qəzetlərinin baş redaktoru olub. Bir sözlə, İrfan bəy 33 ildir ki, jurnalıst kimi media aləmində fəaliyyət göstərir. Doqquz kitab müəllifidir. Türkiyədə onu Azərbaycanşünas kimi tanıyırlar. Görkəmli jurnalist və yazıçı yaradıcılığının son on beş ilini bütünlüklə türk cümhuriyyətlərinə həsr edib. Mən İrfan Ülkünü iyirmi ilə yaxındır ki, tanıyıram. Hər görüşümüz-də onun Azərbaycana bir qədər də yaxınlaşdığının, bizim dostumuz olmaqla bərabər, həm də milli maraqlarımızın, dövlətçilik mənafelərimizin qorunmasında, Azərbyacan həqiqətlərinin Türkiyə və dünyada gerçək şəkildə yayılmasında, təbliğində təmənnasız xidmətlərinin şahıdıyəm. Hələ 1994-cü ildə Prezident Heydər Əliyevın Türkiyəyə ilk rəsmi səfəri ərəfəsində İrfan bəyin Azərbaycan və onun əvəzsiz lideriylə bağlı mətbuat səhifələrindəki yazıları diqqətimi çəkmişdi. Bir dəfə ondan soruşdum ki, səndə Azərbaycana qarşı bu qədər sev-ginin qaynağı nədir? İrfan bəy dedi:
   -Bunun gerçək qaynağı Heydər Əliyevdir. Əslində, Sovetlər birliyi zamanı İmperiyanın basqısı altında qalan türk dövlətlərinin bir gün qurtuluşa qovuşacqlarına ümidimiz vardı. Gəngliyimizdən biz buna inanardıq. Şünki, az-cox tarixə bələd olan insanlar yaxşı bilirlər ki, əvvəl-axır bütün imperiyalar dağılır, imperatorlar hakimiyyətlə vidalaşır. Özgürlük hər bir xalqın, hər bir insanın haqqıdır. Mən Heydər Əliyevi tanıyanda, düz bir ay Naxşıvanda qalıb onun həyatından bəhs edən əsəri yazanda Azərbaycanı daha yaxından öyrənmiş oldum. Heydər Əliyev sevgisi ilə Azərbaycan sevgisi mənim ürəyimdə bir araya gəlib, bir bütöv oldu və tək bir sevgiyə çevrildi. Zatən, Azərbyacanı Heydər Əliyevsiz, Heydər Əliyevi Azərbaycansız təsəvvür etmək mümkün deyil. Mənim fikrimcə, o böyük Insan ömrü boyu nə etmışsə, hər zaman xaıqını, vətənini düşünərək etmişdir.
    Mənimfikrimcə, İrfan Ülkü həqiqətən bu həqiqəti dərk edən və yüksək dəyərləndirən yazarlardan biridir. Bu inam onun "Qızıl ulduzdan hilala" kitabının əsasını təşkil etdi. 1993-cü ildə İstanbulda on min tirajla nəşr olunan kitab ümummilli liderimizin həyat və fəaliyyətiylə tükr oxucularını yaxından tanış edən lik kitab idi. Yeni nəşr cox böyük əks-səda doğurdu. Sonralar kitab azərbaycan dilinə tərcümə edilərək, Bakıda da çap edildi. İrfan Ülkü bir qələm sahibi olaraq, müstəqil Azərbyacana rəhbərlik edən bu nadir şəxsiyyətin həyatını daim diqqət mərkəzində saxlayıb. Həmin kitabla bağlı bir maraqlı xatirəsini İrfan bəy bir vaxtlar mənimlə bölüş-müşdü. O deyirdi ki, bu əsər kitab halında çıxmazdan əvvəl "Türkiyə" qəzetində hissə-hissə dərc olunarmuş. Bir gün İrfan Ülkünün telefonuna zəng gəlir. Ona deyirlər ki, sizinlə cumhur başqanı Turqut Özal danışacaq. Sən demə, Turqut bəy Heydər Əliyevlə bağlı qəzetdə çıxan silsilə yazıları diqqətlə oxuyurmuş. Müəllifə zəng etməkdə məqsəd Kremlin türk rəhbərinin keçdiyi həyat yolunu konkret faktlar əsasında cox oxunaqlı və şirin dillə türk dünyasına təqdim etdiyi üçün ona dərin təşəkkür bildirmək idi.
   İrfan Ülküdən Heydər Əliyevllə ilk tanışlığıın nə vaxt baş verdiyini soruşanda o belə dedi:
   - 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri olarkən, Süleyman Dəmirəlin dəvətiylə Heydər Əliyev Türkiyəyə gəlmişdi. O zaman bir çöx mühüm görüşmələri oldu. Heydər Əliyev siyasətçələrə, iş adamlarına dəyişən dünyanın mənzərəsində Azərbaycandakı, o cümlədən Naxşıvan Muxtar Respublikasındakı real vəziyyətin geniş təhlilini verdi. Danışıqlar zamanı kimsə gözləmədiyi halda cox ciddi bir məsələ qaldırdı. O, dedi ki, Türkiyə blokada şəraitində olan Naxçıvana bu ağır şəraitdə yardım etməlıdır. Bundan çəkinmək lazım deyil, cünki bunun hüquqi əsası vardır. O zaman Ankarada bəzi siyasətçilər vaxtilə Rusiya və Türkiyə arasında bağlanan Kars müqaviləsi barədə təmamən unutmuşdular. Bu xatırlamalardan sonra Xarici İşlər Nazirliyində həmin sənədi arxivdən qaldırıb surətini cıxardılar və bu istiqamətdə müqavilə şərtlərini əsas görürərək, hərəkətə keçdilər. İnanın ki, bu səfər Azərbaycan-Türkiyə münasibətlərində, Naxçıvanın özgürlüyünün qorunub saxlan-masında, blokada vəziyyətindən irəli gələn bir cox probllemlərin aradan qaldırılmasında mühüm əhəmiyyət dayıyırdı. Hətta, mən deyərdim ki, bu, tarixi hadisə idi. Cünki, həmin günlərdə bəlkə də Naxçıvanın müqəddəratı həll olunurdu. Mən Heydər Əliyevlə həmin günlərdə İstanbulda tanış oldum. O, öz zəkası, rəftarı, danışıq-larzamanı səlist nitqi, insanlara münasibəti ilə təkcə siyasətçilərə deyil, onunla təmas quran hər kəsə, o cümlədən jurnalistlərə unu-dulmaz təsir bağışlamışdı. Mən də bu böyük turk oğlu lə tanış-lığımdan şərəf duydum və onu daha yaxından tanımaq, oxucularıma tanıtmaq, keçdiyi mürəkkəb həyat yolunu öyrənmək və hər kəsə anlatmaq istəyimi bildirdim. Heydər Əliyev məni Naxçıvana dəvət etdi. Mən bu dəvəti sevinclə qəbul etdim. Cox vaxt Milli Məclisdə olurdum. Onun iş günü, proqramı yaman gərgin idi. Davamlı müsa-firləri olardı. Onların arasında tz-tez yabançıları da görürdüm. Mən bütün bunları kənardan müşahidə edirdim, özüm üçün qeydlər götürürdüm, onun işgüzarlığına, yorulmazlığına, hər kəsi səbrlə dinləmə bacarığına, yüz ölçüb, bir biçərək qərar qəbul etməsinə heyran qalırdım. O, həqiqətən cox böyük dövlət xadimi idi, milli lider idi.
    Mənim bildiyimə görə, İrfan Ülkü Naxçıvanda Heyər Əliyevlə olan söhbətlərini lentə yazıb. Ümummilli liderimiz öz həyatının ən önəmli məqamlarını türk jurnalıstinə necə varsa, eləcə də danışıb. Bu lent yazılarıindi də İrfan Ülkünün şəxsi arxivindədir. İrfan bəy deyir ki, Heydər Əliyevin dediklərinin hamısından hələ tam istifadə etməyib. Yazar bir məqamı qeyd etdi ki, Heydər Əliyev Türkiyə türkcəsiylə də cox gözəl danışırdı.
    2000-ci ildə İrfan Ülkü Azərbaycanla bağlı ikinci kitabını nəşr etdirib. "Müstəqillikdən sonra Azərbaycan" kitabında da Heydər Əliyevin fəaliyyəti və həyatıyla bağlı maraqlı faktlar var, yazıçı düçüncələrinın, təəssüratlarının, qənaətlərinin obrazlı ifadəsi vardır. Heydər Əliyev fenomenin böyüklüyünü dərk, eyni zamanda onunla təmaslarını özü üçün bir məktəb bilən jurnalıst indi də Azərbaycanda gedən prosesləri yaxından izləyir, hadisələrə mətbuatda münasibət bildirir. Elə bu günlərdə "Yeni çağ" qəzetində onun Azərbaycanda yaxınlaşmaqda olan prezident seçkiləri ilə bağlı maraqlı yazısı dərc olunmuşdu. Azərbaycanın dostu kimi, uğurlarımız onu sevindirir, problem-lerimiz qələm və qəlb dostumuzu düşündürür. Bizə bərbəzəkli süfrə arxasında badə qaldıraraq sağlıq deyib, az sonra hər şeyi unudanlar,düşmən ocağına qonaq gedənlər, söz aparıb, söz gətirənlər yox, sevincimimə, kədərimizə şərik olan, hər zaman yanımızda olan ləyaqətli insanlar lazımdır. Mənm tanıdığım İrfan Ülkü kimi.


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK