adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Dekabr 2014 13:56
5013
MƏMLƏKƏT
A- A+

Qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. 
Cənub-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 2-4, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.