adalet.az header logo
  • Bakı 19°C

ÖLMƏYƏN SƏS...

BABƏK YUSİFOĞLU
30993 | 2010-11-02 09:37

O vaxtlar bizə yalnız sovet dövlətininicazə verdiyi, məsləhət gördüyü müğənniləri dinləməyə icazəverərdilər.Həmin dövrü yaşayanların əksəriyyəti təsdiq edə bilər ki, busosialist düşüncə tərzinə sığmaq istəməyənlər inqilabçı olmasalar da sərbəstdüşünməyi bacaran şəxslər hesab edilirdilər. Və biz də o dövrün ən dəbdə olanradioqəbuledicisi sayılan "VEF"-lərin vasitəsi ilə hansı ölkəni, hansıcəmiyyəti təmsil etməsinə baxmayaraq bəyəndiyimiz, sevdiyimiz səslərə qulaqasardıq. Heç şübhəsiz ki, "KQB"-dən xəlvət olaraq. Zəki Müreni, EmelSayını, Homeyranı, Ququşu... dinləməkdən doymazdıq. Bir neçə il İranda işləmişşərqşünas dostum Müqəddəs Bağırovun özü ilə gətirdiyi nadir müğənnilərin lentyazıları yaxınların, dost-tanışın arasında əl-əl dolaşardı. Bu lent yazılarındakimlərin səsi yox idi, İlahi?..

İlk dəfə onun mahnılarına qulaq asandaorta məktəbin son sinfində oxuyurdum.Və bu ecazkar səsin sahibini heçtanımırdım da.Sonralar tanıyıb-bilənlərdən öyrəndim ki, dilini belə başadüşmədiyim bu müğənni bütün dünyanı öz səsi ilə məftun edən ərəb qızı ÜmmüGülsümdür. Çox maraqlıdır, illər keçəndən sonra məhz rus mətbuatında onunhaqqında bir məqalə oxudum. Və bu müğənni barəsində bir çox şeyləri öyrəndim.Bir müddət keçəndən sonra daha çox, sonra daha çox məlumat əldə etdim. Uzunillər ərəb musiqisinin primadonnası, Nilin incisi, səslərin ən gözəli...adlandırılan bu müğənnini bacardığım qədər tanıdım və bacardığım qədər dəoxucularımıza tanıtdırmaq istədim.

                                                KİÇİK ƏRƏB QIZI

Ümmü Gülsüm anadan olanda1904-cüilmayın 4-ü idi.(Bir sıra hallarda onun doğum tarixi1898-ci il kimi də göstərilir).Onların ailəsi Misirdə - Nilin deltasındayerləşən Dakhaliyə əyalətində Sinbillaveyin yoxsulluq içərisində yaşayankəndlərinin birində - Tamay Zahayrada yaşayırdı.

Buradakı evlərin çox böyük əksəriyyəti samandan və qamışdandüzəldilmişdi.Ailədə sonuncu uşaq olan kiçik Ümmünün atası şeyx İbrahiməl-Səid əl Vud məscidin imamı, anası Fatimə əl Maliji bütün müsəlman qadınlarıkimi evdar idi.Həm də hafiz olan atası İbrahim xoş səsinə, avazına görəkəndlərində ilahilər və dini qəsidələr oxuyaraq ailəni keçindirirdi.Gözlərinibu dünyaya açan kiçik Ümmü də bu səsin sehri ilə böyüdü.

Bir müddət sonrasa o, belə demək mümkünsə, ilk musiqi təhsilini məhzatasından aldı.Altı yaşlarından başlayaraq Qurani-Kərimi xüsusi avazlaoxumağa başladı.İbtidai təhsilini isə qızcığaz məhəllə məktəbindəaldı.Burada o, Müqəddəs kitabın məqamlarla oxumsını da öyrəndi və bundansonra atası ara-sıra onu özü ilə mərasimlərə aparıb oxutdurmağabaşladı.Yalnız oğlan paltarında.Çünki qızların belə yerlərdəoxuması günah sayılardı.

Əgər bu cür çıxışlarını da nəzərə alsaq, demək mümkündü ki, gələcəyinəvəzsiz, ecazkar müğənnisi Ümmü Gülsüm ilk ifaçılığını lap erkən yaşlarındanbaşlayıb.Çox qısa zamanda bu məlahətli səs bütün Deltada yaşayaninsanların diqqətini çəkməyə başladı.Artıq bölgənin hər yerində insanlarbu səsin gözəlliyindən danışırdı.1920-ci illərdə Ümmünün səsindəkiməlahət, qızın bacarığı atasını məcbur qoydu ki, onu Qahirəyəaparsın.Əlbəttə, bu o dövr üçün heç də asan məsələ deyildi.

Şəriət qanunları bir maneə kimi onlarınyolunu kəsirdi.Amma görünür bu qızın teleyinə belə yazıyazılıbmış.Qahirədə ona qulaq asan dövrünün məşhur musiqiçisi şeyxƏbülula Məhəmməd bu yeniyetmə qızın ifasındakı məlahəti, səsində olan imkanlarıgördü.Ona bir sıra vacib tövsiyyələr, məsləhətlər dəverdi.Çoxyəqin ki, təcrübəli bəstəkar bu səsin, bu ifanın sahibinin nələrə qadirolacağını qabaqcadan bilmişdi.Həqiqətən də çox keçmədi ki, ecazkar səsivə ifası Ümmü Gülsümün qarşısına çıxan bütün maneələri aradan qaldıraraq onuaşaraq sürətlə irəliliyə aparmağa başladı.Və ötənbeşilərzində elə ilk peşəkar sənətçi müəllimi hesab ediləcək bəstəçi ƏbülülaMəhəmmədin doqquz mahnısını ifa etdi.

                                                           YÜKSƏLİŞ

Misir sənət dünyasına yeni atılmış bugənc sənətçinin ifası onu yüksəltməkdəydi.Belə demək mümkünsə, məhz o,populyar ərəb musiqisini şöhrətləndirdi, romantik eşq mahnılrına yeni nəfəs,yeni çalar, yeni xarakter verdi.Əsilzadələrin, rütbəli məmurlarınməclislərinə dəvətlər başladı və qısa vaxt ərzində elə həddə çatdı ki, ÜmmüGülsüm özünü bu dəvətlərin hamısına çatdıra bilmədi.

Maraqlı idi, Gülsüm ərəb musiqisinin vəümumiyyətlə, mədəniyyətinin nəhəng mərkəzlərindən biri olan Qahirədə elə birsürətlə məşhurlaşdı ki, hətta o dövrün tanınmış ifaçılarını belə arxadaqoydu.Misirli Münirətül Mehdiyyəni belə üstələdi.Belə deməkmümkünsə, o artıq 30-cu illərdə Misirin birinci müqənnisi olmuşdu.Həttavəziyyət elə bir həddə çatdı ki, Ümmü Gülsüm müğənni kimi kral Faruqun adgününə çağırıldı və orada mahnılar oxudu.Bu hər bir sənətçi üçünölkəsində başarının ən yüksək həddi idi.Və Ümmü Gülsüm bunu da fəth etdi.

30-cu illərdən başlayan möhtəşəm şöhrət çox uzun illər, həttaonillklər boyu onu tərk etmədi.Bu hər sənətçiyə nəsib olmayan bir bacarıqidi.Misirdə radionun yaradılması onun daha da sürətləməhşurlaşdırdı.Hətta ərəblər Ümmü Gülsümü bütün zamanların müğənnisiadlandırırlar.

Onu təkcə Misirdə deyil bütün ərəb dünyasında, dünyanın hər yerindəsevirdilər.Şöhrətinin pik dövrlərində onun konsert verdiyi salonlarabilet tapmaq hər kəs üçün müşkül iş olardı.Ümmü Gülsümün sənətininvurğunu olan, onu dinləmək üçün bu şəhərdən digərinə, bu ölkədən başqa birisinəgedən bir çox imkanlı şəxslər artıqlamasıyla xərc çəkib əvvəlcədən daimi yerməşğul edirdilər ki, konsertin hansı salonda verilməsindən asılı olmayaraqzalın münasib yerində oturub bu möhtəşəm ifaya qulaq assınlar.Hətta onunmahnı ifa etdiyi saatlarda ərəb ölkələrinin liderləri çalışardılar ki, çıxışetməsinlər.Vətəndaşlarsa onu dinləmək üçün ya evindəki, ya da küçələrdəkiradioların ətrafına toplaşardılar.Ümmü Gülsümün səsi hər kəsisehirləmişdi.

                                       O SEVİLDİYİ QƏDƏR DƏ SEVƏRDİ...

Mənə elə gəlir ki, ərəb dünyasının ÜmmüGülsümə olan möhtəşəm sevgisinin bir səbəbi də onun vətənpərvər, insanpərvər,səmimi olması ilə bağlı olub.Məlum olduğu kimi, həmin dövrlərdə İsrailləMisir arasında toqquşmalar olurdu.Bu savaşların birində ərəb ordusununbiabırcasına məğlubiyyətə uğraması iliyinə qədər ərəb olan Ümmü Gülsümüdərindən sarsıtdı.Ərəb dünyasına böyük bir turneyə çıxan Ümmü Gülsüm özölkəsinin güclənməsi, qələbələrə ruhlanması, uğradığı ziyanları ödənməsi üçünxeyriyyə konsertləriverdivə buradan qazanılan 3 milyona yaxınvəsaiti hökumətə bağışladı.

Ümmü Gülsüm heç vaxt çıxdığı mühitə yuxarıdan aşağıbaxmamışdı.Bir kəndli qızı olması ilə həmişə fəxr eləmişdi.Ərəbədəbi dili ilə adi xalq danışığını yaxınlaşdırdığına görə bəzigözügötürməyənlərin təpkilərindən sınmadı, geri çəkilmədi.Həmişə ucqarkəndlinin də anlayacağı sadə dildə danışmaqda davam elədi.Ehtiyacı olaninsanlara əl tutmaq Ümmü Gülsümün həyat tərzinə çevrilmişdi.

Xalqın sevimli yazarları, şairləri Əhməd Rami, Məhəmməd Əbdülvahab,Bayram əl-Tunisi... böyük bəstəkarları Riyad əl Sonbati (onun 89 şərqisini ifaedib), Məhəmməd əl-Qasabçı, Zəkəriyə Əhməd, Mahmud Şəriflə işlədi, onların hərbirinin onlarla mahnısını ərəblərin ürəyinə həkk etdi.Gülsüm filmlərə dədəvət aldı.Və bir neçə filmə də çəkildi.Amma harada olursa-olsun,nə edirdisə-etsin, o öz möhtəşəm səsi ilə hər yerdə təkrarsız Ümmü Gülsümidi.Ərəb ölkələrində xalqının qarşısında çıxış etməkdən yorulmaq bilməyənÜmmü Gülsüm tək bircə dəfə Fransada böyük bir konsert verib, illərlə bukonserti müzakirə mövzusuna çevirib.

                                         HƏYATINDƏRDLƏRİ ONU DATAPDI

Qeyd edək ki, 1937-ci ildən bu möhtəşəmmüğənin şəxsi həyatında ağrı-acılar biri-birini əvəz etməyəbaşladı.Müğənninin səhhətində ciddi problemlər yarandı.Uzun müddətmüalicə olundu.Bu ərəfələrdə, yəni 40-cı illrdə onunla ailə qurmaq istəyənkralın əmilərindən biri Şərif Səbri Paşaya razılıq versə də bu istək baştutmadı.Belə ki, o, "Ərəb musiqisinin primadonna"sı,"Nilin İncisi" adlarına sahib olsa da kral nəsli adi bir kənddəngəlmiş sadə ərəb qızı ilə evliliyi qəti şəkildə rədd etdi.Bu da ÜmmüGülsümü bir tərəfdən sarsıtdı.Bəlkə də bu sarsıntının səbəbi ilə də ÜmmüGülsüm bəstəçi Mahmud Şəriflə evlənməyə qərarverdi.

Amma həyat göstərdi ki, bu lazımsız bir addım imiş.Çünki ikimusiqi adamının bu izdivacı cəmi bir neçə gün sürdü.Onlarayrıldılar.Amma şəxsi həyatındakı itkilər heç də bunulabitmədi.1947-ci ildə daim onunla birlikdə yaşayan anası vəfatetdi.Və Ümmü Gülsüm üçün bu itkini adlatmaq asan olmadı.Uzun müddətözünə qapıldı.Bundan özünə gəlməmiş qardaşı öldü.Və bütün başverənlərin ardınca onun depressiv həyat tərzi başladı ki, bu da uzun müddətsürdü.Hətta bu pessimizm elə bir həddə çatdı ki, müğənni ümumiyyətlə,sənət dünyasında görünmək istəmədi.

Bütün bu üzücü hadisələrdən sonra müğənni xeyli müalicəolundu.1954-cü ildə sənətçi dostu Əhməd Ramininonunlatanışetdiyi və əslən o da Nilin deltasındakı kəndlərdən olandoktor Həsən əl Hifnəvi ilə evləndi. Ümmü Gülsüm uzun zaman səhhətindəkiproblemlərdən əziyyət çəksə də sonucda sənətdən ayrılmadı.Həmişəyaşarmahnılar yaratdı.Ərəb dünyasının sevimli müğənnisi olaraqyaşadı.Hər kəs onun oxuduğu mahnılarına məftun oldu.Şair ƏhmədŞefiq Kamilin şeirinə bəstəkar Əbdülvəhabın bəstələdiyi "Sən mənimömrümsən", Riyad əl-Sonbatinin "Gecənin gətirdikləri"ni...sevə-sevə dinləməmək mümkündürmü?Ümumiyyətlə, Ümmü Gülsüm yaradıcılığıboyu 300-dən çox mahnıya öz möhürünü vurub.

                                                                  BU DA SON

1972-ci ildə sənətçinin səhhətindəkiköhnə problemlər yenidən baş qaldırdı.Yanvar ayında təşkil edilmişkonsert onun həyatında sonuncu konsert oldu.Bundan sonra, Gülsüm bir dahasəhnəyə çıxmadı.Və xəstəlikləri getdikcə onu daha çox yatağınabağladı.Bu illər ərzində Gülsüm özü bir neçə dəfə radio üçün mahnıyazdırmaq istəsə də bu alınmadı.1975-ci ildə xəstəliyi daha daşiddətləndi.

İnsanlar günlərlə sevdiyi Ümmü Gülsümünün yaşadığı evin qarşısındatoplaşaraq ona mənəvi dəstək olmağa çalışdılar.O vaxt yaxın adamları onuxəstəxanaya aparmaq istəsələr də müğənni onlara etiraz etmişdi. Belə söyləmişdi:"Xəsətxanaya getsəm, öləcəyəm". O, xəstəxanaya getmədi.Ammaölüm onu elə öz mənzilində yaxaladı.

Bəlkə də Qahirə belə cənazə, dəfn görməmişdi.Ümmü Gülsümünucqar bir kəndə dünyaya göz açmasını yalnız öz ailə üzvləri bilsə də dünyadanköçməsindən bəlkə də bütün dünya xəbər tutdu.4,5milyon insan Qahirəküçələrinə çıxaraq ərəb dünyasının ən ecazkar səs sahibini, Misirin səsiadlanan Ümmü Gülsümü son mənzilə yola salırdı. Ərəblərin lideri sayılan CamalƏbdülnasirin dəfninə 3 milyon insanın qatıldığını nəzərə alsaq, Ümmü Gülsümləmöhtəşəm son vida mərasimi ona olan sevginin, hörmətin bariz göstəricisi idi.

Suriya, Liviya, İraq... bütün ərəb ölkələrinin radioları,televiziyaları bu hüznlü xəbəri yaymaqdaydılar.Dünyanın bir çoxölkələrindən dövlət adamları, nüfizlu şəxsləri, bəstəkarlar, şairlər,müğənninin vurğunları Qahirəyə axışdılar.İnsanlar onun tabutunu əlləriüstə özünün ən çox sevdiyi əl Seyid Hüseyn məscidinə götürdülər, cənazənamazından sonra torpağa tapşırıldı.1975-ciil4 fevralda...

...Beləliklə nəinki ərəblərin, habeləbütün dünyada onu sevənlərin ürəyində, yaddaşlarında yaşayan gözəl, ecazkarsəsli Ümmü Gülsüm də bu dünyaya əlvida dedi...


BABƏK YUSİFOĞLU

[email protected]

babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV