adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Müsahibim gənc yazar Şərif Ağayardır

19437 | 2008-03-30 12:53
Şərif Ağayardan aldığım müsahibəni sizə təqdim edirəm. Şərif bu müsahibədə cəsarətlə çox adam adı çəkir, çox adamı tənqid edir. Düşüncələri subyektiv ola bilər. Amma mən bu müsahibədə səslənən bütün fikirlərlə razıyam. Sizi müsahibə ilə baş-başa buraxıram. - Nə yenilik var, Şərif Ağayar?
   
   - Təxəlüsümü dəyişmişəm: Şərif Ağ.
   
   - Bizdə "orijinal" təxəllüslər çoxdu.
   
   - Deməli, bir roman yazıram. Sağ cinahdan sola çəkilib, sol cinahdan hücuma keçirəm. Nə ola, ola!
   
   - Deməli yazmırsang.
   
   - Yazı hardadı, danışıram dəg Uşaqlar "Alatoran" boyu romandan parçalar səpələyirlər. Ona görə qərara gəldim ki, mən də parçalar yazım. Roman yoxdu ortada. Romanı Elçin Selin yazır, heç kim də oxumur. Bədbəxt bəlkə də yaxşı yazır.
   
   - "Gülün adı"nı oxuyub qurtara bildinmi?
   
   - Yaralı yerimə dəydin. Bir söz deyim, Füzulini oxuduğum kitaba baxsan, dəhşətə gələrsən. Kitab - lirikası - başabaş şumlanıb elə bil. Hələ hər sözün sadəcə lüğəti mənasını yazmışam yanına. ?yrəndiyim simvolların izahı da olsa, oxuduğumdan çox yazardım. Sözüm onda yox, Füzuli mənə Quranı oxutdurdu, imaməti öyrəti. Təsəvvür (təsəvvüf yox a!) elə, Füzulini oxumaq istədim, bismillah eləyən kimi gördüm yox, oxuya bilmirəm. Gərək bu şeirlər üçün - şeir demək mümkünsə - nələrisə bilim. Və çalışdım ki, bilim. Bu çabada məlum oldu ki, Füzuli əslində mənə özündən daha maraqlı şeyləri öyrətmək istəyirmiş. Eko adını çəkdiyiniz əsərdə dəyişən sivilizasiyanın konturlarını cızmaq iddiasındadır. Əsərin "altında" o qədər məlumat gizlənib ki, onları bilmədən oxumaq müşgüldür.
   
   Elmlər Akademiyası metrosunun qarşısında bir toppuşsivət cavan "Gülün adı" romanını əlimdə gördü, kitabı alıb samballadı, xırda gözlərini üzümə dikib buyurdu: "Əla əsərdi". Ondan xeyli sonralar mən o cavanı axtarmaq istədim. Əla nəyə deyir? Məncə tanıdığım ədəbi mühitdə "Gülün adı"nı sözün həqiqi mənasında oxuya bilən adam yoxdur. Bildiyimə görə Nərmin Kamal Eko ilə məşğuldu. Elmi iş yazır. Yəqin o bilər. Bu yerdə Həmid Herisçi kimi cəngavərə, Azad Yaşar kimi intellektə də güvənmirəm. Xüləs bu romanı oxumaq üçün orta əsr Avropasını yaxşı bilməlisən. Hələ xristianlığı demirəmg Xoşbəxtlikdən, romanda Adso var. Həvəskar rahibg Əgər əsər onun dilindən yazılmasaydı, bizim Məhəmməd Hadinin kitabı kimi öz enerjisinə qapanıb qalardı.
   
   - Gəl bir az da özümüzdən danışaq. Məsələn, Nərmindəng
   
   - Nərminin Kamalın bir müsahibəsini oxudum. Aqşin götürmüşdüg Beş-altı yekə lüğət tökdüm ortalığa ki, gör bu qız nə deyir. Əlbəttə Aqşinin özünü büzdüyünü də hiss elədim. Əslində Aqşin onu xilas eləmək istəyib. Ya qız, adam bu qədər savadlı olmaz!
   
   Təbii, adam elə bu qədər savadlı olar, amma onu oxucuya yükləməz. Xüsusən yazıçıg Nərmin müsahibə boyu "mən çox savadlıyam" deyə qışqırır. Neyləyim savadlısan?! Elmlər Akademiyasında o qədər savadlı adam var kig Heç səsləri də çıxmır. Savadlısan get elmi işini yaz, oxuyaq, bizim də bir az savadımız artsın.
   
   Yazıçılıq məhz savadın əridiyi yerdir. O qədər ki, tilişkəsi oxucunun əlinə ilişməsin. Arif oxucunun problemi başqag Bayaqdan haqqında danışdığımız Eko məhz həm də sadədir. Hətta "Gülün adı" romanına, söhbət xoş getsin deyə, detektiv süjet də atıb. Eko eynən Füzili kimi əvvəlcə sadə, sonra mürəkkəb, daha sonra hər ikisinin çulğaşmasından ibarət bir xəzinədir. Mən Füzulinin üçüncü qatına enə bildim, Ekonun yox. Nərmin xanım isə heç birinci qatı başlamamış mürəkkəbdir. Bilirsən necədir, əlimin altında böyüyən - yazı mənasında - Günel Mövludu həmişə saxtalıqda qınamışam. Nərminin ədəbiyyatdakı elm oyunbazlığı mənə Güneli xatırlatdı və təəssüf hissi keçirdim. Fərq yalnız ondadır ki, Nərmin saxtalığını daha savadlı gizləyir, onu elm-ədəb niqabına bürüyə bilir. Kimin gücü çata bilər, desin ki, Nərmin zəifdi. Fəlsəfənin terminalogiyası arada Quran ayəsi kimi dayanar! Nə isəg
   
   - "Alatoran"ı aldın?
   
   - Aldım. Qəşəng qız şəkilləri varg Seymur Baycaqnın romandan parça hesab elədiyi əla bir hekayəsini oxudum. Doğrudan əla idig Hər gün gördüyümüz və yazmadığımız, əslində yaza bilmədiyimiz həqiqətlər. Hətta adamların adı da dəyişməyib. Sənə deyim, mən də gic-gic hekaylər yazıram axı (guya təvəzökarlıq!). Adamların adını dəyişəndə yaza bilmirəm. Adamları klavişə öz adı ilə çağırıram, sonra dəyişirəm.
   
   Xüsusən Rey haqqında təsvirləri məni heyrətləndirdi. Seymuru "Zamin Hacı, mən, bir də iki-üç oxucumuz yaxşıyıq, bütün ölkə, millət, xalq pisdir" prinsipi ilə yazan duzlu köşəçi kimi tanıyırdım. Amma hərdən əllərinin əsdiyini görmüşdüm. Hekayəni oxuyanda onun çox səliqəli, incə və titrək əlləri yadıma düşdü. Pis yerə yozma, doğrudan əla bir mətn idi. Hər şey bir yana, mən yaxşı redaktoram. Seymurda mətn gördüm. Əla bir mətn. Bir sözü belə danqıldamırdı.
   
   Amma qanımı qaraldan bir yazı da rastıma çıxdı. Səda Hasanın Aqşin barədə yazdığı yazıg Abiyə - Rasim Qaracaya zəng vurdum, dedim belə şeylər kaş bu jurnalda olmayaydı. Düzdü özü də Aqşin və onun barəsində yazılan məqalələr haqda yazmışdı və düz yazmışdı. Bilirsən, Aqşin nə qədər "dahi" olsa belə, onu belə naşı əllərə vermək olmaz. Məsələ budu ki, həmin, adı da yadımdan çıxdı, hə həg Səda Hasang Səda Hasanın başqa bir səhifədə eynən Aqşinin gic-gic şeirlərini imitasiya edən, özü də pis imitasiya edən yazıları çap olunub.
   
   Sevinc Pərvanə həmişə olduğu kimi yenə də maraqlı şeirlər yazıb.
   
   - Sən nə yazırsan bəs. Bayaqdan hamını təhlil edirsən.
   
   - Oooog Demə-demə! Bir hekayə üstümdə işləyir. Yenə pis başa düşürsəng Hələlik hekayə işləyir. Sonra mən başlayacam. Siz Şərif Ağayarın yaxşı bir hekayəsini oxuyacaqsınız. İnşallah, gələn "Alatoran"da!
   
   - Sən həmişə iddia edirsən ki, azəri şeirini yaxşı bilirsən. Nə bilirsən?
   
   - Qoy əlimizə düşəndən danışaq. "Alatoran"da Rüstəm Behrudini gördüm. Təbii oxumadım. Abimizin (R.Q.) bir sirrini açım sizə: yazını elə verib, dizayn artıq sözünü deyirg Sən Həzrət Abbas, gör bu xalq kimi sevib - Rüstəm Behrudi. Bir dəfə "Yeni Azərbaycan"ın "Ədəbiyyat" əlavəsinə yazmışdım, çap eləyə bilmədik. Yazının başlığına görə: "Rüstəm Bihudə". Fikrim dəyişməyib. Şəxsiyyətinə hörmət janrında deyirəm, çox mənasız bir şairdir.
   
   Rüstəm, sən canın Urustam yazarsan, bilməlidi ki, mələk adamın çiynində olmur. Bu bir YARADICILIQDIR. Ni çevo, qoy olsun, amma adam çiynindəki mələyə vurulmaz. Bu uje AXMAQLIDIR!
   
   gYezid üçün də ağla deyiblər. Yaxşı, niyə yaxşı, vicdanlı bir müsahibəsini oxudum "Yeni nəfəs" qəzetində. Yaxşı adam başqadır, yaxşı yazar başqa. Rüstəm çox naşıdır. Onun elə o naşılıqla çağırdığı xalq bu günə qalmalı idi. Məni siyasətə qatma - torpaqlarımızı deyirəmg ən sakit mövzudu. Rüstəm gəlsin dost məclislərində adi tamadalığımı dinləsin, vallah öyrənər!
   
   - Azəri şeiri tək Rüstəm Behrudidən ibarət deyil.
   
   - Nə yaxşı dedin. Bir-bir zibilini açım deyirsən hamının. Məni qana salmag ?z zibillərim də var axı.
   
   Əsas bu deyil, əsas odur ki, bu gün Bakıda ədəbi mühit yoxdur. AYB orqanları məlum. "Sənət qəzeti" göz dağımız. "Alatoran"dan başqa müstəqil bir ədəbiyyat dərgisi və ya qəzeti yoxdur. Bilirsən bu nə deməkdir? Siyasi qəzetlərin qoltuğuna sığınan misgin ədəbiyat səhifələri ilə proses yaratmaq olmaz. Əkrəm Əylisli hələ millət vəkili seçilməmiş söhbətlərinin birində demişdi ki, bir jurnal yaratmaq istəyirəm, ətrafında sağlam ədəbi mühit olsun. Yaxşı ideya idi. Uzağa getməyək, qardaş Türkiyədə ədəbi proses dərgilər ətrafında olur. Amma bizdə hanı? Əvvəla Əkrəm Əylislidən zamanın tempini tutan, yeni düşüncəli gəncləri qane edən bir dərgi gözləmək çətindir. Hər halda cəhd eləməli idi və təbii ki, bu cəhdin özü artıq porosesə təsir edə bilərdi.
   
   Təsəvvür et ki, Rasim Qaraca harasa çıxıb getdi, sonuncu və yeganə işartı sönəcək. AYO-çular jurnal çap edəndilər? "Ekspress servis" nəşriyyatında iki rəngli qəzet min tirajla 70 qəpiyə çap olunur. Mən yaxın uşaqlara dedim, gəlin pul toplamaq yolu ilə həftəlik və ya ayda iki dəfə müstəqil ədəbiyyat qəzeti çap etdirək. Hamı razılaşdı. Ancaq real işə gələndə əlini cibinə salan olmadı.
   
   - "Yeni nəfəs" qəzeti də çıxırg
   
   - Yaxşı çıxmır. Başdan-ayağa səhvlər, adi dizayn xətaları, qərəzli yazılarg "Yeni nəfəs" qəzetdən daha çox öküzlərə yellənən qırmızı parçanı xatırladır. Filankəslər sözün bütün mənalarında pis, filankəslər isə mələkdirlər. Sabir demiş, mən belə əsrarı qana bilmirəm. Mübariz Məsimoğu (baş redaktor) mənim dostumdur. İradlarımı özünə də bildirmişəm. Amma hər halda o da bir səsdir. Olması lazımdır.
   
   - Bakı Yazarlar Klubu barədə fikrin nədir?.
   
   - Ora yığışan insanların, demək olar ki, heç biri AYB-dən çıxmayıb. Bu o deməkdir ki, öz mübarizələrinə özləri də inanmırlar. Və bu adamların çoxunu ədəbiyyata bağlayan məhz AYB üzvlüyünün qırmızı üzlü vəsiqəsidir ki, bu vəsiqədən nə az, nə çox min beş yüz adamın cibində var. Sabah bir tədbir keçirilsə, Səfər Alışarlı kimi ciddi bir nasirin səsi ilə Dayandur Sevginin səsi arasında heç bir fərq olmayacaq.
   
   Bilirsən, biz iqtisadiyyat, siyasət, kino, futbol kimi ədəbiyyat sahəsində də iynə ilə gor qazırıq. İşimiz çətindir. Ədəbiyyyatın dirçəlməsi üçün bütün sahələrdə intibah lazımdır. Amma bu gözlənilir.
   
   - Müsahibəyə görə sağ ol.
   
   - ?zün sağ ol.

TƏQVİM / ARXİV