adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Dekabr 2014 14:30
22049
GÜNDƏM
A- A+

Elnur Hüseynovu Azərbaycan itirdi

Mən də çox sevinirəm ki, «O səs Türkiyə» layihəsində bir soydaşımız belə uğur qazandı. Özü de deyəsən, elə bir xanım da uğur qazanıb. Təbii ki, buna sevinməliyik. Amma bunu müzakirə mövzusu eləyiblər və müzakirə eləyənlər də Azərbaycanın üstünə gəlirlər. Niyə biz ona qiymət verməmişik, Azərbaycan itirdi, Türkiyə tapdı. Day Azərbaycan bunun üçün nə eləməliydi ki, milyonlarla xərc çəkib Eurovisiona aparıb. Sonradan bu gənc özü bir az musiqidən aralanıbsa döyə-döyə onu oxudacaqdılar? Çıxıb gedib Rusiyaya, ordan da Türkiyəyə. Xaricə getməyi qadağan edəydilər? Məsələyə bu cür yanaşmaq düz deyil.

Özü də narahat olmayın, Azərbaycan onu itirməyib. Üç-dörd aydan sonra toylarda istədiyiniz qədər görəcəksiniz, maqazin verilişlərində, qalmaqallarda səsini eşidəcəksiniz.