NİCAT DAĞLARA BİR NEÇƏ KƏLMƏ

AQİL ABBAS
91791 | 2014-12-04 14:31

Dostum,«Aznews»da sənin futbolla bağlı ürəkyanğısı ilə yazdığın bir köşəni oxudum. Çox istərdim ki, sənin həmin yazınıbütün saytlar, qəzetlər çap edəydi. Yəni daha geniş auditoriyaya çıxaydı buyazın, çünki başqalarına adi görünsə də, əslində çox ciddi məsələdi. Mənim vəmənim kimilərinin ürəyindən keçən bir problemə toxunmusan.

Mən də həmmətbuatda, həm də televiziya kanallarında bu məsələyə öz münasibətimi dəfələrləbildirmişəm. Sənin yazını oxuyandan sonra yenidən bu mövzuya qayıtmaq istədim.

Bəli,futbolçulardan çox şey tələb edirik. Azqalırıq deyək ki, gedin Almaniyanı Münhendə, Braziliyanı da Rio de Janeyrodaudun. Bildik, bilmədik məşqçiləriyuyub-səririk, futbolçuları yuyub-səririk, söyürük, məşqçilərə məsləhətveririk, bunu belə eləməlisən, onu belə eləməlisən.

Adı yadımdançıxıb, bir rus siyasətçisi bir dəfə maraqlı bir söz dedi. Dedi ki, üç şeyi hamıbilir: futbolu, kinonu, bir də polis işini. Yəni hamı deyir oyunu beləqurardım, topu belə atardım, mən məşqçi olsaydım dünyanı dağıdardım və sair,yaxud mən bu kinonu belə çəkərdim, orda belə eləyərdim, filan eləyərdim, mən bucinayəti belə açardım, cinayətkarı elə tutardım, əməliyyatı belə qurardım vəsair və ilaxır. Və əlavə etdi ki, indi siyasət də olub dördüncü.

Bir dəfə Vaqif Cavadov «Qarabağ»da oynayanda oturmuşduq Şərəftribunasında. Füzuli Cavadov da bizimlə bir yerdə oturmuşdu. Oturanların da 90faizi futbol mütəxəssisi deyildi. Vəhamı nöqsan tuturdu, xüsusilə də VaqifCavadova. Gərək topu filan yerə ataydı, filan cür qaçaydı, topu belə saxlayaydı.Axırda Füzuli Cavadov hövsələdən çıxıbdedi: «Balam, burda hamı futbol alimidi ki?»Yəni biz hamımız futbol alimiyik.

İndi gələk mətləbə. Bəli, futbolçulardan çox şey tələb edirik, ammafutbolumuzu nə qədər sevirik? Söhbət bilet alıb-almamaqdan getmir, 1 manatdangetmir, söhbət sevgidən gedir.

Bir dəfə «Qarabağ»la «Kəpəz» Azərbaycan Kubokunun finalını oynayırdılar. Mən də bahalı bir qılıncapardım özümlə. Elan etdilər ki, oyunun ən yaxşı futbolçusuna Aqil Abbas qılınchədiyyə edəcək. «Qarabağ» həmin finalda «Kəpəz»ə uduzdu və münsiflər də ənyaxşı oyunçu kimi «Kəpəz»in futbolçusu Ramiz Məmmədovu seçdi. Mən də meydançayaenib azarkeşlərin alqışı altında qılıncı Ramiz Məmmədova təqdim elədim. RamizMəmmədov indi tanınmış məşqçidi, uzun illər də «Qəbələ»nin baş məşqçisi olub.Vaxtilə «Qarabağ»da da oynayıb. Geri qayıdarkən özündənrazı bir ağdamlı kinayəilə mənə dedi ki, müəllim, gərək o qılıncdan iki dənə gətirib verəydin«Kəpəz»in oyunçularına. Yəni niyə ağdamlılara yox, gəncəlilərə verdim qılıncı, bunaəsəbləşmişdi kişinin oğlu. Boğurdumonu. Bilirsən niyə? İlk dəfəydi ki, futbola baxmağa gəlirdi, «Qarabağ»ınoyununa gəlirdi. Mən az qala «Qarabağ»ın bütün azarkeşlərini sifətdəntanıyıram, o fanatları deyirəm. Yəni bu adamı ilk dəfəydi stadionda görürdüm.Boğurdum ki, ömründə bir dəfə«Qarabağ»ın oyununa gəlirsən və başından da yekə danışırsan.

İndi birmanat cəhənnəm, çempionatın oyunlarına baxıram, stadionlar bomboş, 400-500,bir-iki oyun var ki, bu da olsun min nəfər adam olur. Budu bizim futbola sevgimiz, futbolçulara sevgimiz?! Və böyük oyunlaragələnlər də, sən demiş, bilet almağa can çəkirlər.

Gürcüstanda bir şəhər var- Lançxuti. Onun bir komandası da var «Quriya».Bir dəfə hətta SSRİbirinciliyində yüksək liqaya da çıxdı. Şəhərin on min əhalisi olmaz, amma 30minlik stadionu var. Oyun vaxtı stadiondolur, bilirsiniz? Çünki ətrafrayonlardan da yığışıb gəlirlər futbola baxmağa. Və futbolçu arxasında böyük bir dəstək görür,sevgi görür və ürəyini qoyur.Azarkeşlərə havayıdan 12-ci futbolçu demirlər ki? Biz isə Bakının ortasındakıstadionlara getməyə ərinirik. Məndən olsa, Azərbaycanın yüksək liqasınınoyunlarının televiziyada yayımlanmasına icazə verməzdim. Qoy ikinci liqanıyayımlasınlar. Evdə isti otaqda oturub çay içə-içə məşqçiyə, futbolçuyasöyməkdən asan nə var ki? Get dəstək olda. Futbolçular da arxalarında sizi görsünlər, sizin nəfəsinizi, sevginizi hissetsinlər, ürəklə oynasınlar.

Futbol dabir tamaşadı. Fikirləşin, rejissor, aktyorlar gözəl bir tamaşa səhnəyə qoyublar, zalda 20 tamaşaçı var. Oaktyor nə oyun nümayiş etdirə bilər? Eləcə də futbolçu.


Məniyandıran başqa məsələ var, onu da yazım, ay Nicat. Azərbaycan klublarıvə ya millisi Avropada oyunlara gedir. O gün «Qarabağ» oynayanda iki avtobusazarkeş var idi Fransa stadionunda. Statiskanı qaldırıb baxsaq həmin şəhərdə vəhəmin şəhərlərdə bəlkə də minlərlə, on minlərlə azərbaycanlı yaşayır. Novruzbayramında dolma bişirməkləri ilə fəxr eləyən həmin o soydaşlarımız özkomandalarına dəstək vermək üçün stadonagəlməyə can çəkirlər, biz burda can çəkdiyimiz kimi. Amma indi fikir verin,Türkiyənin komandaları Avropaya gedir, stadion türk bayraqlarından yanır.

Bir dəfə gərək ki, «Qalatasaray» Almaniyada «Bavariya» ilə oynayırdı vəqalib gəldi. Oyundan sonra «Bavariya»nın məşqçisi bilirsən nə dedi? Dedi,qardaş, mən neyləyim, mən rəqib meydançasında oynayırdım. Türk azarkeşlərininsayı alman azarkeşlərinin sayından çox idi və bütün stadion «Türkiyə»bağırırdı. Təbii ki, az kvota ayrılırrəqib komandanın azarkeşlərinə, amma türklər almanlardan dörd qat bahaqiymətə bilet alıb stadionu doldururlar. Xaricdəki diasporlarımız təşkileləməlidirlər ki, Azərbaycan millisi və ya Azərbaycan komandaları oynayanda ordakı azərbaycanlılarıstadiona gətirə bilsinlər. Lazım olsa, lap zorla. Sən yazmış, yalançı «can-can»deyincə, canın çıxsın, beş-on manatından keç, gəl komandana dəstək ol.

Nicat, qəribədi, «Qarabağ» oynayanda mənim bu komanda ilə yaxınlığımıbildiklərindən qohumlar, dostlar zəng edib məndən dəvətnamə, ya da biletistəyirlər. Mən də onları sındırmıram, adam göndərirəm gedib kassadan bilet alır, 14-15-ci bölmələrə,sonra da paylayıram həmin dostlara vəqohumlara.

Sənə bir sirr də açım? «Qarabağ»in iki fanklubu var, amma bir-birləriyləaraları yoxdu. Belə-belə işlər, dostum.

Nə qədər ki, biz futbolumuza belə laqeydik, elə futbolumuz da bizəlaqeyd olacaq. İstəyirsən Peleni gətirib məşqçi qoyaq, xeyri yoxdu.

İmkanım olsa sənə ikinci bir məktub da yazacam futbolla bağlı,problemlərlə bağlı və sair və ilaxır.


TƏQVİM / ARXİV