adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

PAPA KİMƏ DAHA ÇOX BƏNZƏYİR?..

BABƏK YUSİFOĞLU
39937 | 2014-12-04 05:28

Xristian dünyasında kiminsə din üçün aşırı çabagöstərməsinin dərəcəsini bildirmək üçün məşhur bir ifadədə işlədilir: «Papadançox xristian olmaq…» Əlbəttə, deyimin mahiyyəti anlaşılandı. Amma biz bunun çoxzaman danlaq mənasında işlədildiyinin də şahidi olmuşuq. Çox əvvəllər mənhəqiqətən də düşünürdüm ki, görəsən bu mümkünmü? Lakin zaman keçdikcə,informasiya paylaşımları, xəbərlərin sərhədisiz yayımı və c. artdıqca öyrəndim ki, sən demə, dünya xristianlarınınbir nömrəli adamını heç də Böyük Yaradana, Onun göndərdiyi Kitablara olan inamvə sədaqətinə görə həmin taxta seçmirlər. Burada da siyasi məsələlər,hegemonluq ambisiyaları və dinə-imana dəxli olmayan bir çox məqamlar nəzərə alınır.

Belə prinsipdən bir çoxları xəbərdar olsa datəəssüf ki, dünya ictimaiyyətinə hələ də elə gəlir ki, dünyanın I xristianı,onların düşündükləri kimi, Tanrıya daha yaxın olan Papa haqq-ədalət, doğruluqmücəssəməsidir. Əslində insanların belə düşünməsinə haqq da qazandırılmaldır.Başqacür necə ola bilər ki?..

Amma tarixdən xəbərdar olanlar yaxşı bilir ki, beləbir yüksək məqamda qərar tutan bu insanlardan bəziləri heç də günah işlətməkdənçəkinməyiblər. Doğrunun, sülhün,humanizmin… yanında durmaları bir şərt halına gəlməkdəykən bəziləri gözləriönündə baş verən ədalətsizliklərə, nahaqqın haqqı yeməsinə, milyonlarlainsanların faciəsinə səbəb olan vəhşiliklərin törədilməsinə səssiz qalmışlar(qalırlar), hətta günahkarların tərəfini saxlamışlar.

Məgər həzrəti İsa onlardan bunları istəmişdimi?Allahın peyğəmbəri özü əzablara düşəndə belə Ruhun azadlılğının, sevginin,humanizmin, ədalətin, Tanrıya inamın… hər şeydən üstün olduğunu söyləmirdimi?İnsanın insan tərəfindən əzilməsiə qarşı çıxmırdımı? Əlbəttə, kimsə nəinkibunlara etirazını bildirməz, həttahamını inandırmağa çalışarlar ki, həyatlarını məhz yaxşıya, doğruya xidmətəhəsr ediblər.

25 ilə yaxındır ki, «böyük xristian qardaşları»nın köməyi ilə ermənilərazərbaycanlıların başına gətirmədikləri faciə qalmayıb. Milyonlarlaazərbaycanlı öldürülüblər, şikəst ediliblər, öz doğma ocaqlarından qovulublar,yağmalanıblar, talana məruz qoyulublar… Amma həzrəti İsanın təsviri önündə xaççəkən bütün insanların ən böyüyü, Tanrıya başqalarından daha yaxın hesab edilənhəmin I dindarların heç biri üzünü din qardaşlarına tutub onları beləhaqsızlıqlardan çəkindirməyə cəhd belə göstərməyib. Günahsız uşaqların,yaşlıların, hamilə qadınların qətlinisözlə belə qınamayıb. Belə vəhşilikləri törədənlərin günah işlətdiklərinidilinə gətirməyib. Axı onların heç biri xəbərsiz deyillər ki, İsa peyğəmbərAllah-Təaladan hətta ona işkəncə verənlərin belə günahlarının bağışlanması üçündualar edirdi…

Bir neçə gün öncə Türkiyədə üç günlük səfərdə olanRoma Papası Fransisk «ürəyiyananlıq» göstərərək Türkiyə-Ermənistan sərhəddininaçılmasını istədiyini bildirib. «Kaş o sərhədlər açılsın. Bu o qədər gösəl bir şey olar ki…Mən obölgədə sərhədlərin açılmasınıçətinləşdirən problemləri bilirəm. Xalqlar arasında anlaşma olması üçün duaedək»…

Bəli, Roma papası çox yaxşı bilir ki, Türkiyəsərhədləri açarsa səfalət içərisində yaşayan ermənilərin durumu nisbətənyaxşılaşacaq. Və o, bunun çox gözəl bir iş olacağına da inanır. Lakin Papa əminolsun ki, onun bu fikirlərinin humanizm,ədalət, insanlıq naminə deyildiyinə indi çoxları inanmır. Artıq məlumdur ki,Vatikanın rəhbəri din xadimi kimi yox, siyasi ambisiyası olan bir şəxs kimiçıxışlar edir. Ermənilərin səfalət içərisində yaşadıqlarına dözümsüzlükgöstərərək sərhədlərin açılması üçün əlinə düşən fürsətləri dəyərləndirməyəçalışan Roma papaları bəs görəsən azərbaycanlıların diri-diri yandırıldığı,uşaqların başlarının kəsildiyi, bir milyon insanın evsiz-eşiksiz qaldığı vaxtharadaydı, niyə səsini çıxarmırdı??? Axı, özü diliylə etiraf edir ki, bölgədəkiçətin problemləri yaxşı bilir...

Tanrı buyurur ki, zalımın, zülmün, haqsızın yanındabulunmayın. Məzluma, əzilənə sahib çıxın. Bəs görəsən, ən böyük din xadimi niyə Tanrınınbuyuruqlarının əksini edir?! Yoxsa bucür əməllərinə görə Allah dərgahındasorğuya çəkiləcəyinə inanmır?! Belə möminlik olurmu? Azərbaycanda, İraqda,Əfqanıstanda, Suriyada, Fələstində, Çində, Rusiyada, Balkanlarda… müsəlmanlarkütləvi şəkildə qırılanda, günahsız insanlar qanlarına qəltan ediləndə Romapapaları niyə din qardaşlarına etirazlarını bildirmirdi, onları bu faciələri törətməkdənçəkindirmirdi, Allahın yaratdıqlarınıməhv edənləri durdurmaq üçün danışmırdı!? Amma özləri tərəfindən təcridvəziyyətinə düşən ermənilərin yoxsulluğuna belə acıyaraq sərhəd məsələsinə dəqarışmaqdan çəkinmir.

Belə olan halda Roma papası Papaya deyil, zalımı,zülmü, haqsızlığı müdafiə edən vəkilə daha çox bənzəyir. Sanki Vatikanınrəhbəri olduğu üçün ən Uca dərgahda etdiklərinin cavabını verməyəcək. Mənsədüşünürəm ki, oturduqları məqamlar haraolursa-olsun, adları necə çağırılırsa-çağırılsın… istisnasız, hər kəs əməllərinin hesabını verəcəkdir…

babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV