Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | AYIN 13-DƏ GƏLDİ, 13 AY SONRA DA GETDİ... Adalet.az | AYIN 13-DƏ GƏLDİ, 13 AY SONRA DA GETDİ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AYIN 13-DƏ GƏLDİ, 13 AY SONRA DA GETDİ...

("Tarix ibrət alanlar üçün dərsdir" silsiləsindən)

16707    |   2008-03-30 12:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu qoca dünyada qocalmaqda olan Sovetlər İttifaqına 15 aylıq rəhbərlik dövründə nəyisə dəyişməyə cəhd göstərən Baş katib Yuri Andropov nəticə etibarilə yalnız öz dünyasını dəyişdirə bildi. Qalan hər şey necə vardısa, eləcə də qaldı. Dəfn mərasimindəki matəm mitinqində partiya və dövlət adından Mərkəzi Komitə katibi Konstan-tin Ustinoviç Çernenko çıxış etdi. Nitqi solğun, fikrirləri qırıq, sözlər ağzında çeynənirdi. Hıqqana-hıqqana kağızdan oxuduğu qısa mətni bitirəndə, təkcə o yox, onu dinləyənlər də rahat nəfəs aldı. Həyacandan, bəlkə də ayaq üstə çəkdiyi ağrı-acıdan onu tər basmışdı. Sağlıq durumu son dərəcədə ağır olan bir insanı ölkəyə başçı etməyə hazırlaşırdılar. Çernenkoya baxabda heç bilmirdin ölənin halına yanasan, yoxsa dirinin gününə ağlayasan. Aydin görünürdü ki, cənazə başında dayanan bu adam tabutda uzanan rəhbərin yalnız silahdaşı deyil, həm də onun gedəcəyi axirət dünyasına yol yoldaşıdır. Sovetlər İttifaqını artıq neçə vaxtdan bəri Kremlın qocalar ittifağı idarə edirdi. Onlar bu dəfə öz aralarında məsləhət-məşvərət aparandan sonra, belə qərara gəldilər ki, ölkə-ni Çernenkoya tapşırsınlar. Niyə məhz ona? Çünki, ağır xəstə olduğundan, hər işə qarışmayacaqdı. Andropovun başladığı isla-hatları davam etdirməyəcəkdi. Vəziyyət Brejnev dövründəki kimi stabilləşəcəkdi. İnsafən, Çernenkonun heç vaxt böyük anbisiyaları olmayıb. Əli təmiz idi, adı bircə dəfə də olsun korrupsiya məsə-lələrində hallanmayıb. Hamı haqqında kifayət qədər məlumatlı olsa da, kimsəyə pisliyi dəyməyib. İllər boyu başını aşağı salıb sakit-sakit, xüsusi səliqə və dəqiqliklə öz işini aparıb. "Qocalar"ın fikrincə, bu keyfiyyətlər "KUÇer"ə Sovetlərin cilovunu etibar etmək üçün kifayət idi (adı, atasının adı və soy adının baş hərflərinin bir-ləşməsindən yaranan sözün rus dilindən tərcüməsi "faytonçü" de-məkdir. Bu da onun ayaması idi - E.B.).
   
   1984-cü ilin fevral ayının 10-da gün oraya çatmamış, daha dəqiq desək, saat 11-də Siyasi Bironun növbədən kənar iclası təyin olundu. Gündəlikdə bircə məsələ vardı: Baş katib vəzifəsinə nami-zədi müəyyən etmək. Təklifi müzakirəyə Nikolay Tixonov çıxardı. Biro üzvləri bir ağızdan "hə" deməzdən öncə, sırayla söz alıb, saz götürüb namızədə bəytərifi dedilər. Təklif yekdilliklə qəbul olundu. Fevralın 13-də MK-nın plenumunda Siyasi Biro adından qabağa düşən yenə Nazirlər Sovetinin Sədri Nikolay Aleksandroviç Tixonov oldu. O, Konstantin Ustinoviçin fenomenal qabiliyyətindən, özəl keyfiyyətlərindən, gücü tükənməkdə olan bu insanın çalışqanlığın-dan, işgüzarlığından danışdı. Qəflət yuxusunda olanlar da də bildi-lər ki, 1911-ci ildə Sibirdə doğulan Konstantin yıxılan evin dirəyidir. Sən demə, illərdən bəri MK aparatının onurğa sütunu da elə bu kişi imiş. 72 yaşlı xəstə barədə hərə ürəyində bir cür fikirləşsə də, mü-zakirə zamanı plenum iştirakçıları bir nəfər kimi onu dəstəklədilərini bildirdi. Bu da sovet üsul-udarəsinin dəyişməz xüsusiyyəti idi. Ayrı-lıqda fərqli düşünmək, birlikdə yığışanda, hamılıqla ümumi fikri dəstəkləmək. Beləliklə, şam kimi əriyən, kömür kimi qaralan, gecələr yatağında sağa-sola rahat çevrilə bilməyən qaragün Çernenko düz 390 gün ucsuz-bucaqsız səltənətdə sahibi-ixtiyar oldu. İşinin ağırlığındanmı, bədənində baş verən fizioloji dəyişikliklərdənmi, deyə bilmərəm, yazığın çiyni birtərəfli əyilmışdi. Ləngər vura-vura yeriyəndə kənardan bu fiziki qüsur lap aydın görünürdü. Saçları gümüşü rəng almış rəhbərin müvazinətini düzəltmək üçün tez-tələsik onu bir az da yüklədilər. 1984-cü ilin aprel ayında Çernen-konu SSRİ Ali Soveti Rəyasət Heyətinə sədr seçdilər. İki vəzifəni daşımaq çiyinlərini tarazlaşdırmasa da, onun belini bükdü. Kremldə yeni kabinetində əməlli-başlı rahatlanmamış xəstəxanaya düşdü. Sonra deyirlər ki, göz yoxdur. Niyə yoxdur, var! Kim bilmir ki, o vəzifədə necə vaxtdan bəri A.Qromıkonın gözü qalmışdı? Brej-nevdən sonra onun yerini utmaq üçün elə hey münasib məqam gözləsə də, ikinci dəfə fürsət ondan qaçırdı. Andrey Andreyeviçin təcrübəsi də, yaşı da Andropovdan, Çernenkodan cox idi. Beynal-xalq aləmdə kifayət qədər tanınırdı, neçə xarici dil bilirdi. Fəqət, xarici dillərdə danışsa da Kremldə özününkülərlə dil tapanmırdı. Namizəd axtaranda yenə onu yada salan olmadı. Ağsaqqal diplo-mat suyu süzülə-süzülə hamı kimi əl qaldırıb Konstantinə səs versə də, niskili ürəyində qalmışdı. Baş katibin yerinə göz dükən təkcə o deyildi. Sırada ərköyün qocalardan coxları vardı... Əlqərəz, Çernen-konu o qədər çeynədilər ki, axırda yorğan-döşək xəstəsi oldu.
   
   * * *
   
   Çazov həkimin də son illər başı işdən heç ayılmırdı. ?lkədə səhiyyənin vəziyyəti qalmışdı onun-bunun umuduna. Çünki, nazir gecə-gündüz Kreml ulduzlarının sağlamlığının keşiyini çəkirdi. 18 illik hakimiyyətinin son altı-yeddi ilini Brejnev ciddi həkim nəzarəti hesabına uzada bilmişdi. Bəs, Andropov? O da sarayın baş həkiminə az zəhmət verməmişdi. Afərin, doktor, Yuri Vladimiroviçi də xeyli müddət sən yola verdin. İndi də sıra gəlib çatmışdı Kons-tantin Ustinoviçə. Bu ölkənin başına bir sağlam adam gəlsəydi, sənin də canın qurtarardı əlavə qayğılardan, xüsusi təyinatlı və son dərəcə məsuliyyətli tapşırıqlardan. Gedib səhiyyənin carı işləriylə məşğul olardın. Amma görünür, xəstə cəmiyyətə sağlam rəhbər lazım deyil. Dərindən düşünsək, belə şərait Yevgeni Borisoviçi də qane etməliydi. Əgər həkimə gündəlik ehtiyı olmasa, nazir birinci şəxslə bu qədər yaxın təmas qura bilərdimi? Bu quruluşda hər hansı yüksək vəzifəli məmurun, o cümlədən nazirin gücü ölkə baş-çısıyla şəxsi münasibətindən, ona yaxınlığından aşılıdır. Andropov da, Çernenko da ömürlərinin son aylarında Kremldəki iş otaqlarını xəstəxana palatası ilə əvəz etmişdilər. Bəzən Siyasi Büronun top-lantıları orada keçirilərdi. Bu səbəbdən Yevgeni Çazov məmləkətin diqqət mərkəzində olan əsas fiqurlarından birinə çevrilmişdi.
   
   
   
   * * *
   
   
   
   Hər dəfə televizorda Çernenkoya baxanda adamın yazığı gəlirdi. O, çətinliklə nəfəs alır, rahat danışanmırdı. Axı, əvvəllər kişi belə vəziyyətdə deyildi. Son bir ilin içində yazıq tıxsız balığa dönmüşdü. Balıq dedim, yadıma tıxlı balıqla bağlı əhvalat düşdü. Kələfin ucu da deyəsən, elə o balığın quyruğuna bağlanmışdı...
   
   1983-cü ilin avqust ayında Konstantin Ustinoviç xanımı Anna Dmitriyevna ilə birlikdə Krımda istirahət edirdi. Oğlu, gəlini, iki yaşlı nəvəsi Kostya da onların yanında idi. Köməkçisi Viktor Pribıtkov xatirələrində yazır ki, Çernenko saatlarla dənizdə çimər, sahildə uzanıb günəş vannası qəbul etməkdən ləzzət alardı. Yaxşı üzməyi vardı. Səhhətindən şikayətlənmirdi. ?zünü cox gümrah hiss edirdi.
   
   Həmin vaxt SSRİ Daxili İşlər naziri V.Fedorçuk da Krımda istirahət edirmiş. Bir axşam əlində təzə balıq Çernenkoya qonaq gəlir. Deyir ki, bu stavridanı özüm tutmuşam, sonra da hisə vermişəm. Məxsus sizin üçündür, nuş eləyin, ləzzətini görəcəksiz. Qonağı yola salandan sonra Konstantin süfrə arxasına keçıb balığı həzmirabdan kecirir. Yazığın bütün bəlaları da bundan sonra baş-layır. Top kimi sağlam adam həmin axşam elə vvəziyyətə düşür ki, gecəylə onu təcili Moskvaya gətirirlər. Müayinə göstərir ki, orqa-nizmdə ağır zəhərlənmə baş verib. Çazov yazır ki, xəstənin sağ qalacağına ümid cox az idi. Böyük çətinliklə onu həyata qaytar-maq mümkün olsa da, səhhətinin əvvəlki vəviyyətini bərpa etmək alınmır. Bu müəmmalı hadisədən sonra Konstantin Ustinoviçin həyatı büsbütün dəyişir. Etiraf etməsə də, yaşamağın özü onun üçün bir əzab olur.
   
   Vitali Fedorçuk həvəskar balıqçı olsa da, peçəkar çekist idi.
   
   Uzun illər inzibati orqanlarda müxtəlif vəzifələrdə çalışmışdı. SSRİ Daxili işlər naziri təyinatından əvvəl DTK-ya sədrlik etmişdi. O, yaxşı bilirdi ki, Siyasi Büro üzvlərinin mətbəxində istifadə olunan qida məhsulları xüsusi sanitar nəzarətindən keçır. Hər şəraiti və ərzaq təminatı olan rezidensiyada mənşəyi qeyri-müəyyən balığa nə lüzum varmış ? Bu malikanədə könlü balıq istəyən gündəyməzini buza qoymazdı, buz dolabını açardı. Orda hər cür balıq da, qırmızı, qara kürü də tapılardı. Bəlkə, balığı gətirən Vitali Vasilyeviç olsa da, payı yollayan başqası imiş? Bəlkə, o axşam süfrəyə qoyulan stavrida Qara dənizin tövfəsi yox, qara niyyətin məhsulu imiş?.. Hər halda bir şey dəqiq məlum ki, tilova düşən Çernenko oldu. Bu qaranlıq məsələ nə o vaxt , nə də sonralar ətraflı araşdırılmadı. Amma, Qorbaçov Baş katıb seçilən kimi, Fedorçuk daxili işlər naziri vəzifəsindən cıxarıldı. Bunun gerçək səbəbi düşünürəm ki, yalnız ikisinə bəlli idi... Lakin, ordu generalı işsiz qalmadı. 1992-ci ildə təqaudə çıxana kimi Müdafiə nazirliyində məsul vəzifədə çalışdı. 2008-ci ilin fevralında 90 yaşında öz əcəliylə vəfat etdi. İndi artıq nə Baş katiblər var, nə də Sovetlər birliyi. Amma, 25 il əvvəl hisə verilmiş stavrida ilə bağlı Vitali Vasilyeviç Fedorçukun bildiyi cox şeylər vardı. Onları ağzından qaçırsaydı, yəqin ki, doxsan il rahat yaşamazdı. Mən bu yazı üzərində işləyəndə Fedarçukun hələ heç qırxı da çıxmamışdı...
   
   
   
   (ardı var)


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK