adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

HƏQİQƏTİN O BİRİ TAYINDA...

BABƏK YUSİFOĞLU
38996 | 2014-12-02 12:44

Müqəddəskitablardan öyrəndiyimizə görə, ilk qətli Qabil törətmişdir. İnsanlarınqəlbində yuva edən İblisin – nəfsin, paxıllığın, intiqamın, qəzəbin hökmü iləyaradılmışların biri-digərini, Qabil qardaşı Habili öldürmüşdür...

Artıq milyonillərdi ki, insanlar qan axıdırlar, bu cür günah əməllərini sürdürürlər. VəHaqqa çağırışlar, verilən cəzalar, düzənlənən qanunlar... qanlı cinayətlərinqarşısını hələ də ala bilməyib. Əksinə zaman keçdikcə İnsan oğlu öldürmək, məhvetmək, amma bunların müqqabilində cəzasız qalmaq, törətdikləri əməllərin üstünüört-basdır edilmək üçün ən müxtəlif yollar belə axtarıb tapırlar. Amma...

Amma buradaqəribə bir məqam da var. Ruhunu iblisə təslim edənlər, nəfsinə əsir düşənlər,şərin yanında yer alanlar, Xeyirə meydan oxuyub ətrafa şər toxumlarını səpənlərpisliklərin inşasına rəvac verənlər... Haqqın batil olmasına çalışsalar da Haqqbatil olmur. Çünki Allah-Təala yaratdığı gözəlliklərin iblis və onun nökərləritərəfindən məhv edilməsinə imkan verməz...

Elə aparılanmübarizələr, zaman-zaman bəzi qeyri-adi insanların var olması buna sübutdeyilmi? Yeni texnoloji imkanların belə aciz qaldığı məqamlarda həmin fenomenfərdlərin meydana çıxması İlahi müdaxilənin mövcudluğundan xəbər vermirmi?

Hurkosunfenomen istedadının hesabına necə qapalı işlər aydınlığa çıxdı, müəmmaya bənzərhadisələr gerçək cavabını tapdı... Və kimlər daha ona minnətdar qalmadı? Prezidentronald Reyqandan tutumuş sıravi vətəndaşadək olan bir çoxları...

Peter Hurkosunəzərdə tuturam.Tanıyırsınızmı onu?..

(Əvvəli qəzetin 25 noyabr sayında)

...Limburq polisi bir müddət idi ki, van Tossinqadlı gənc bir şaxtaçının öldürülməsi ilə bağlı cinayətin üstünü açmaq üçünkiçicik ip ucu da tapa bilmirdi. Və gün keçdikcə şaiyələrin durmadan artması daəməliyyatçıları pis vəziyyətdə qoymuşdu.

Nəhayət polis özünün nüfuzuna, mövqeyinə necə təsir göstərəcəyinə məhəl qoymayıbgənc mediuma müraciət etdi. Van der Hurkos öldürülmüş adamın əynində olmuşpaltarlardan birini istədi. Həmin şəxsin paltosunu onun üçün gətirdikdən sonrainanılmaz bir məsələ ortalığa çıxdı.Hurkos bildirdi ki, Tossinqi gənc arvadına qısqanan atalığı Bernard öldürüb, cinayətin aləti olan tüfəng isəöldürülənin evində, damda gizlədildilib.

İnanılmaz idi, damda axtarış aparan əməliyyatçılartüfəngi doğrudan da deyilən yerdən tapdılar. Əl izlərinin təhlilindən sonnraaydın oldu ki, silahdakı əl izləri məhz Bernarda məxsusdur. Və bundan sonra qatilhər şeyi boynuna aldı. Bütün bunlar möcüzəni xatırlatsa da həqiqət idi...

                               «…MƏNGÖRDÜKLƏRİMİ BİLDİRİRƏM»

...Günlərin birində gəmi kapitanı Folken Peterinqonağı oldu. Tanışlıqdan sonnra kapitan başına gələn faciə barədə – səfərlərininbirində gəmidə olan oğlunun kimsənin görmədiyi zamanda, təsadüf nəticəsindədənizə düşdüyünü və uzun axtarışların heç bir nəticə vermədiyini söylədi. Dəhşət idi, üzgün ata talesiz oğlunu haradaaxtaracağını bilmirdi. Kapitanın özüylə gətirdiyi oğlunun şəxsi əşyalarındanbir neçəsini əlinə alan Hurkos onun boğulduğunu və meyitin harada olduğunu söylədivə... Bir neçə gündən sonra gəncin cəsədini gösərilən məkandan tapıbçıxardılar.

Onunla söhbətlər, sınaqlar aparmış bəzi mütəxəssislər Hurkosun əsasən"psixometriya” ilə bağlı olduğunu bildirirdilər. Amma əslində onun fenomenalbacarığı daha genişşaxəli olsa da Hurkosözünün öncəgörmə qabiliyyətindən çax nadir hallrda istifadə etmiş, ümumiyyətləbu sahədən bacardıqca kənar durmuşdu.

Əşyalara təmas etməklə fizlinləri görməkbacarığıyla bağlı Hurkos yazırdı: "...Mənortalıqda olmayan insanlara məxsus hər hansı bir əşyaya toxunan zaman, mənimşüurumda hadisələrin real təsviri canlanır. Və sonra mən gördüklərimi bildirirəm”.

Peter Hurkosun seansları yalnızHollandiya hüdudları ilə məhdud qalmadı.Belə ki, şöhrəti artan bu fenomen insanınAvropanın bir sıra ölkələrində – Belçikada, Fransada, İspaniyada və c. yerlərdədə çıxışları olduqca maraqla qarşılanırdı. Hətta onun İspaniyadakı günləriyləbağlı mmaraqlı bir hadisəni də insanlar uzun müddət söhbət mövzusuna çevirmişdilər. Həmindövrlərdə mediumla görüşən general Franko da onun bacarığından çox heyrətlənmişbir çox şeylər haqqında müzakirələr aparmışdı. Və Hurkos diktatorun keçmişdəkibilinməyən işləri haqqında söylədiklərini general özü belə eşitmək istəməmişdi.

                                                      «YENİ DÜNYA»YA…

Əgər belə demək mümkünsə, o, qısa zaman içərisindəAvropanı fəth etdi. Və bioqrafların yazdıqlarından aydın olur ki, çox keçmədən inanılmaz şöhrət okeanın o tayına belə ayaqaçdı. Yəqin elə bu səbəbdən idi ki, məşhur amerikalı alim, parapsixoloqAndriy Puxariç onu Birləşmiş Şatatlaradəvət etdi və Peter Hurkos da bu səfərə getməyə qərar verdi. Əslində obillirdi ki, orada da qeyri-adi imkanlarının sübutu üçün eksperimentlər keçiriləcək.

1956-cı ildə Amerikaya gələn mediumdoktor Puxariçlə tanış oldu və onun araşdırmalarnda iştirak etdi. Məşhurparapsixoloq tərəfindən bir çoxeksperimentlərə məruz qalanHurkos eyni və müxtəlifcür əşyaların – saatların,, üzüklərin, əsaların.. kimə məxsusluğunu,sahiblərinin hansı vəziyyətdə, harada olduqlarını söyləyirdi. Əlbəttə ki, bu əşyaları əlinəaldıqdan sonra. Və qeyd edim ki, buaraşdırmalar zamanı bir qəribə məqam da meydana çıxdı.

Aydınlaşdı ki, insan fotoları digər əşyalardan fərqli olaraqsahibinin keçmişi haqqında daha çox şeyləriHurkosa "söyləyə”bilir. Və iki il yarıım çəkən tədqiqatlardan sonra Andriy Puxariç heyrətini gizlədə bilməmişşdi. Peter van der Hurkosun gizlinlərbarədə söylədiyi faktların dəqiqliyi 90faizi adlayırdı. Məhz bundansonra məşhur parapsixoloq onun fenomenbacarığını etiraf etməyə məcbur qaldı. Necə də qalmayaydı...

                                               MÖHTƏŞƏM EKSTRASENS

Parapsixoloq yazılarının birində belə bir hadisəni (üçüncüşəxsin dilindən) təsvir edirdi. "...Birdəfə onlar Günəşin qürubunu seyr edirdilər. Qəfldən Hurkos bərkdən səsləndi– Aman, mən bir əl görürəm... Biləklərinkəsilmiş venasından qan fışqırır”. – Bunları eşidən Puxariç gördüklərinin kimə aidolduğunu soruşdu. Bir qədər düşündükdən sonnra Hurkos bildirdi ki, bu yəqin ki,onların yeni tanışı Cim Midltonunqardaşı Artındır.

Puxariçfaciənin qarşısını almaq məqsədiylə vaxtitirmədən vəziyyəti Midltona xəbər verdi. Söylədi ki, ehtiyatlı olsunlar, qardaşı intihar edə bilər. Bu xəbərdən dəhşətə gələn Midlton biraz əvvəl qardaşının depressiv vəziyytdə olması ilə bağlı həkim-psixiatrdan xəbəraldığını bildirdi. Həkim Midltonun gəlməsini də xahiş etdiyini, amma özünün oragetməyə hazırlaşmadığını söyləsə də o, Puxariçlə danışdıqdan sonra xəstəxanayayerləşdirilən qardaşının yanına getdi.Amma alınan bütün tədbirlərə baxmayaraq Hurkosun dedikləri baş verdi. Belə ki,həkimi aldatmağa nail olan Art palatada tək qalmasından istifadə edib venalarınıkəsmişdi. Xoşbəxtlikdən həkimlərin vaxtında müdxiləsi nəticəsində onu ölümün pəncəsindənqurtara bilmişdilər”.

Əlbəttə, bütün bunnlara bir elmadamının loyal yanaşması mümkün deyildi.Parapsixoloq yazırdı: "Peter Hurkos mənimrastlaşdığım möhtəşəmm ekstrasenslərdən biridir. Hətta onun bacarığı elə dərindirki, o özü belə bunu sonundək tam mənada anlaya bilmir. O, yalnız üzdə olan qatdan faydalanaraq hərəkətedir”.

Peter van der Hurkossa yaşamında heçvaxt istedadıyla öyünmürdü. O deyirdi ki, bu imkanlar ona birdən-birə Tanrı tərəfindənbəxş edilmişdir. Çünki o əvvəllər sıradan birisi olmuş, kimsədən heç nəyi iləseçilməmişdi. Əslində qəzadan sonra onunla baş verənləri özü də tam mənasında anlamırdı. Hətta gündəlik həyatında təmasada olduğu adamlardan gələn daimi informasiyalardan necə əziyyət çəkdiyini, narahatçılıqkeçirdiyini deyirdi…

                                                           AMERİKADA

Yeni dostlar, yeni tanışlar tapanHurkos Avropaya qayıtmaqdan vaz keçərək Amerikada yaşamağa qərar verdi. Əlbəttə,demək olmazdı ki, yaşayışını təmin etmək üçün ona məxsus talantındanyararlanmırdı. Yararlanırdı, lakin bunu biznesə çevirməyə cəhd etməmişdi. Əslindəbunların əksəriyyəti polisin müraciətləriyləbağlı olurdu. Avropadakı kimi burada da üstü açılmayan, səs-küylü cinayəthadisələrinin öhdəsindən gəlmək üçün əməliyyatçılar çəkinmədən ona müraciətedirdilər.

1950-1960-cı illərdə bir sıra səs-küylüqətl hadisələrinin üstünü açması PeterHurkosa «Yeni dünya»da da inanılmaz şöhrət qazandırdı. Ziyan görmüş adamlar, eləhüquq-mühafizə orqanları da mediuma bir xilaskar kimi baxırdılar. …1958-ci ildə Mayamidə yaşayan bir gəmi zabitiöz evindəcə öldürülmüşdü. Həmin hadisəni araşdırmağa başlayan əməliyyatçılarikinci bir qətl haqqında da məlumat aldılar: bir taksi sürücüsü də maşınında qətləyetrilmişdi…

Hər iki cinayət hadisəsini araşdıran əməliyyatçılarsözün əsl mənasında dalana dirənmişdilər. Nədən və neçə başlayacaqlarını dəqiqləşdirəbilmirdilər. Çünki heş bir iz, şübhəli nəsəortalıqda yox idi. Bunların da«seriyalı qətillər» olacağından ehtiyat edən polis Hurkosu aramalı, onu köməyə çağırmalı oldu.Sürücünün fotosunu əlinə alaraq onuntaksisinə minən Hurkos gözləri önündəcanlananları təsvir etməyə başladı: Hündürboy, arıq bir kişini görürdü. Onun sağ əlininiüstündə tatuirovka da vardı. Addımlaması asta və ləngərliydi: dənizçilərinki kimi. Maraqlıydı ki,hollandiyalı fenomen qatilin Detroytdan gəldiyini, adının Smit olduğunu və dahabir neçə cinayət törətdiyini də söylədi.

Qatilin axtarışına başlayan polistezliklə öyrəndi ki, bu, Detroytda fəaliyyət göstərən bandanın üzvlərindən biriÇarlz Smitdir. Və təxminən bir aydan sonra əməliyyatçılar onu Yeni Orleandaoğurluq edərkən yaxaladılar. Aydınlaşdırıldı ki, mediumun dedikləri doğru imiş– Mayami qətllərini o törədibmiş.

                                         ÖLƏZİYƏNBİR İŞIĞIN SONU…

Onu ləkələmək istəyənlərin, bacarığınınüzərinə kölgə salmağa çalışanların bütün çabalarına baxmayaraq Peter van derHurkos bütün sınaqlardan uğurla çıxmışdı. Əgər belə olmasaydı insanlar onu rəddedər, lənətləyərdilər. Amma Hurkosunqeyri-adi bacarığından bəhs edən bioqrafların yazdıqlarından məlum olurki, dövrün ən məşhur insanları - Papa XII Piydən, prezident Ronald Reyqandan,prezident Lindon Consondan tutmuş bir çox dövlət adamınadək, senatorlaradək, məşhurelm xadimlərinədək, bir sözlə istedadının şahidinə çevrilmiş hər kəs mediumunhaqqında ürək dolusu sözlər söyləmişdilər.

Elm xadimlərinin rəyinə görə, Hurkosfenomeninin gizlinlərdən, gələcəkdən xəbər verməsinin dəqiqlik göstəriciləri ənyüksək səviyyədə olmuşdur. Amma o da bir reallıq idi ki, bəzi təsadüflərdəyanlışlıqlar da özünü biruzə vermişdi. Hurkosla bağlı maraqlı məqamlardan biridə bu idi ki, Hurkos dəfələrlə cəhd etsə də özünün gələcəyi, işləri, aqibətihaqqında heç nəyi qabaqcadan görə bilməmişdi. Bəlkə də görə bilsəydi həyatınınsonrakı dönəmində bacarığının yavaş-yavaş sönərək sıradan çıxacağından da xəbərtutardı.

Həqiqətən də malik olduğu qabiliyyətinin get-gedəazaldığını hiss edən Hurkos 1970-ci ildən sonra karyerasına son verməyə məcburqaldı. Və ömrünün sonunadək özünü rəssamlığa və bağbanlığa verdi.

Bəli, həyat beləydi… Keçirdiyi bir qəza nəticəsindəTanrının bəxş etdiyi qeyri-adi biristedadın sonradan ondan niyə geri alındığınıanlamayan Peter van der Hurkos 1988-ci ildə Los-Ancelesdə ürək tutması nəticəsindədünyaya əlvida dedi. Və beləcə hər kəsi heyrətləndirən bir fenomendən insanlarüçün xeyirxah əməllər, bir də xatirələri qaldı…

BABƏKYUSİFOĞLU

[email protected]
babekyusifoglu.blogspot.com


TƏQVİM / ARXİV