adalet.az header logo
  • Bakı 19°C

Bir dəfə Bakıda...

15680 | 2008-03-15 12:24
Tarix boyu xalqın mənəviyyatını yadlardan qoruyan ən möhkəm və etibarlı sərhəd onun adət və ənənələri olub. Yadelli işğalçıların hüjumlarına məruz qalan xalqların adət-ənələri əgər güclü idisə, onlara qalib gəlmək mümkün olmurdu. Çox zaman işğalçı qoşunların, məsələn Çingizxanın əsgərləri, özləri işğal etdikləri şəhərlərdə məskən salıb həmin xalqın adət-ənələrinə qoşulur, o mədəniyyətin daşıyıcılarına çevrilirdilər. Sovet dövründə Azərbaycanın bir çox bölgələrində, xüsusilə kəndlərdə az da olsa (az olmasının da günahı bizdə idi) başqa xalqların nümayəndələri azərbaycanlaşırdılar, adətlərə qoşulur, onların fanatik icraçısına və müdafiəçisinə çevrilirdilər. Bu nəzəriyyə deyil. Mən bunun dəfələrlə real təsdiqini görmüşəm.
   
   Ən dəhşətli hadisə gözəgörünməz işğala məruz qalmaqdır. Xalqın beynini, əsrlər boyu qorunan mədəniyyətini gizli-gizli, nələrəsə şirniləndirərək dəyişdirməkdən təhlükəli heç nə yoxdur. Adət-ənələr bağlılıq o dərəcədə təbii olmalıdır ki, bunun haqqında heç düşünməməliyik. Necə ki, sağlam insan nəfəs almağı, ayaqları ilə gəzməyi, əlləri ilə iş görməyi barədə düşünmür. Amma bunlardan birini eləyə bilməyəndə düşünməyə başlayır, həyacanlanır, narahat olur, həkimə müraciət edir. Eləcə də həyat tərzində nəsə dəyişiklik baş verəndə buna şirniklənmək, sevinmək əvəzinə əvvəl ayaq saxlamaq, düşünmək lazımdır, bəlkə uçuruma doğru gedirsən. Söhbət millətçilikdən getmir. Söhbət həyat tərzindən, özünəməxsusluq, oxşarlıq və təkrarsızlıqdan gedir. Əgər bunlar olmasa milli mənsubiyyətin nə əhəmiyyəti ol bilər? Bunu mən anlaya bilmirəm. Əgər gedib dünyanın o başında mənimlə bir milli mənsubiyyətdən olan adamla rastlaşıramsa, amma onda özümə, həyat tərzimə uyğun heç nə görmürəmsə, onda bu milli mənsubiyyətin səmərəsi, yaxud əhəmiyyəti nə ola bilər? Hansı diasporadan danışmaq olar belə vəziyytdə?
   
    Bu gün adətlərimizə ağız əyiriksə, nədənsə xoşumuz gəlməyəndə və zövqumuzu oxşamayanda ona "bozbaş" deyiriksə, deməli nəsə düz getmir. Birdən çaşıb bunu müasirlik bilərik. Əsla! Əvvəl gözümüzü açıb müasir bildiyimiz xalqların öz adət-ənənələrinə necə bağlı olduğuna diqqət edək. Bundan sonra müasirlik barədə danışarıq. Adət-ənənə, bayramlar, mərasimlər kök, möhkəm zəmindir. Onlara dayaq olmadan heç bir milli ideologiyadan, proqramdan danışmaq desaqogiyadan başqa bir şey deyil.
   
   41 il bundan əvvəl, 1967-ci ildə Azərbaycanda rəsmi olaraq Milli, xalq bayramımız - Novruz mərasimi keçirildi. O zaman Bahar bayramı deyirdilər. Bu qədim bayramın yenidən rəsmi olaraq bizim həyatımıza qaytarılmasının, onun şəhərdə azərbaycanlılar tərəfindən kütləvi surətdə keçirilməsi üçün yaradılan şəraitin müəllifi Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloci katibi Şıxəli Qurbanov idi.
   
   Əlbəttə, o da faktdır ki, Azərbaycanlılar Novruz bayramını həmişə keçiriblər. Ağır 30-cu illərdə belə, gizli də olsa, evlərində bayram süfrəsi açıb, bir-birinin evinə bayramlaşmağa gediblər. İnsanlar arasında istilik yaradan, gündəlik həyatımızı, dünyamızı işıqlı rənglərə boyayan, torpağın, təbiətin oyandığı bu bayramı heç bir recim qadağan eləyə bilməzdi. Odur ki, belə fikir yarana bilər ki, Novruz həmişə keçirilib və buna görə də 67-ci ilin kütləvi tədbirinin, şəhərdə keçirilən şənliklərinin üzərində ayrıca bir tarixi hadisə kimi dayanmaq, məsələni bir qədər şişirtmək deməkdir. Bu gün belə düşünülə billər, özü də həmin o nəslə daxil olmayan adamlar tərəfindən. Düzdür, indiki dövrdə dəxli var, ya yox, hər gün bayram edirlər. Müasir pirotexnik imkanlar daha böyük atəşfəşanlıq yarada bilir, heç bir qadağa yoxdur, əksinə şənliyə, kefə meydan açılıb. Bir tərəfdən də qüdrətli reklam və kommersiya dayaq dayanıb bütün bu gündəlik bayramlara. Amma o gün, 41 il bundan əvvəlki gün tamam başqa əhval-ruhiyyə idi. Əlbəttə ki, bugünki ilə müqayisədə xeyli ibtidai görünə biləcək o tədbirdə elə bir ovqat, ürəklərdə elə bir sevinc var idi ki, bunu heç bir texnika, heç bir Disney-Lənd əvəz edə bilməzdi. Sanki əcdadlarımızın ruhları o gün Bakı şəhərində keçirilən bu bayrama qoşulmuşdu. Lakin, Bahar bayramı bütün digər bayramlar, ideoloci əhəmiyyət kəsb edən başqa bayramları kölgədə qoya bilərdi. Buna rəhbər ideologiyanın daşıyıcıları imkan verə bilməzdilər. İkinci il, 1968-ci ildə, artıq Şıxəli Qurbanov həyatda yox idi, Bahar bayramı tədbiri xeyli solğun keçirildi. Sonra isə ümumiyyətlə rəsmi qeyd olunmadı. 80-ci illərin sonuna qədərg
   
   

TƏQVİM / ARXİV