adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
02 Dekabr 2014 13:39
77863
MODA
A- A+

Prezidenti əl üstündə gəzdirən qadınlar

Təkcə siyasi fəaliyyəti və liderliyi ilə deyil, şəxsi həyatı ilə də gündəmdə olması Rusiya prezidenti Vladimir Putini istənilən sahədə məşhur edib. Belə ki, istər Rusiyaya gələn turistlər, istərsə də ölkə xaricində məhz üzərində Putinin təsviri olan paltarlar və əşyalar çox populyardır. Amma bu dəfə moda həvəskarları Putin təsvirləri ilə bağlı daha qəribə yeniliyə əl atıblar. Belə ki, ölkədə üzərində Putinin şəkli çəkilən manikürlər dəbə düşüb. Rus qadınları ilə yanaşı, bu ölkənin zərif qonaqları da gözəllik salonlarında prezidentin təsviri olan manikürlərə üstünlük verirlər.