adalet.az header logo
  • Bakı 13°C
01 Dekabr 2014 10:48
24619
AVTOMABİL
A- A+

Bakıda daha bir yol təmir bağlanıb

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Adalet.az-a verilən məlumata əsasən, Badamdar şosesinin Abbasqulu Abbaszadə küçəsi ilə kəsişməsindən Badamdar dairəsi istiqamətində aparılan təmir işləri ilə əlaqədar olaraq, yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Yolun digər hərəkət hissəsində nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil edilib. Təmir işlərinin həftə ərzində (6 gün) yekunlaşdırılması planlaşdırılır.

NİİM-dən həmçinin bildirilib ki, Moskva prospektində (20 Yanvar dairəsindən Şamaxı yolu (Şamaxinka) istiqamətinə) aparılan təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.