adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

TƏZƏ BüLBüLLƏR

VƏSİLƏ USUBOVA
29357 | 2008-03-01 05:51
Şənbələrin birində pəncərəsindən ulduzlu göydə üzü yuxarı süzən Ayı seyr edə bildiyim otağımda oturub "Ay işığı"na ( İTV) yığışmış beş-altı nəfərin sinirlərə sərinlik gətirən söhbətinə qulaq asıram...O beş-altı nəfərin nəfəs çəkmədən dinlədikləri, heç bir şeirini ürək döyüntüsüz oxuya bilmədiyim, şairlik adına özgə bir ucalıq gətirən Ramiz Rövşən vaxtilə "Vokruq sveta" jurnalında oxuduğu bir əhvalatı danışır... Orta Rusiyada qoca bülbüllər arasında xəstəlik yayılır. Mütəxəssislər cavan bülbüllərin xilası üçün qoca bülbülləri məhv etməyi qərara alırlar. Nəticədə nə olur, bilirsinizmi? Cavan bülbüllər daha cəh-cəh vurub nəğmə deyə bilmirlər. Çünki özləri təzə heç nə bilmirdilər. Bülbüllərlə bağlı bu söhbət tez-tez mətbuatda yer alan, özümün də qatılmaq,fikirlərimi ortaya qoymaq istədiyim bir mövzuda-atalar və oğullar mövzusunda yazmaq fikrimi qətiləşdirdi...
   
   
   
   ***
   
   Atalar və oğullar... Nəsillər arasında səngiməyən, həmişə açıq qalan, nöqtəsi qoyulmayan və yəqin ki, heç zaman da qoyulmayacaq mübarizə, mübahisə, lap elə dartışma mövzusu. Və bu problemin də fikirlərdə sabitləşmiş bir düsturu var ki, guya atalar mühafizəkar və köhnə fikirli, oğullar isə yenilikçi və zamanla ayaqlaşandılar. Proses də elə bu axınla davam edir. Əslində, hər şey deyildiyi kimidirmi?!
   
   Qətiyyən yox! Bütün dövrlərdə həm həyatda, həm də sənətdə işıqlı fikir və əməl sahibi olan atalar olub və olacaqlar. Və onlarla yanaşı, öz atalarıyla ayaqlaşa bilməyən, üstəlik əl-ayağa dolaşan dar düşüncəli, korazehin oğullar da həmçining

TƏQVİM / ARXİV